Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var

 

Dekabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuni ilə görüşdü. Əfqanıstan Milli Assambleyasının sədrini Azərbaycanda salamlamaqdan məmnun qaldığını bildirən Oqtay Əsədov dedi ki, son illər ölkələrimiz arasında əlaqələrin inkişafında yeni mərhələ yaranmışdır. Hər iki ölkə İslam Konfransı Təşkilatı digər beynəlxalq qurumlarda uğurla əməkdaşlıq edirlər. Azərbaycanla Əfqanıstan arasında iqtisadi, siyasi əlaqələrdə müəyyən irəliləyişlər var. 2007-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 49 milyon ABŞ dolları təşkil etdiyi halda bu ilin 8 ayında bu rəqəm 70 milyon dollar olmuşdur.

Spiker Oqtay Əsədov parlamentlərarası münasibətlərin istənilən səviyyədə olmadığını təəssüf hissi ilə qeyd etdi. Sədr Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə içi qrupun yaradıldığını diqqətə çatdırdı. Milli Məclisin Sədri bu səfərin qanunverici orqanlar arasında da əlaqələrin inkişafında yeni mərhələ açacağına ümidvar olduğunu bildirdi.

Oqtay Əsədov onu da qeyd etdi ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi dünyada sülhün əmin-amanlığın bərqərar olmasında fəal iştirak edir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölməsi Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir. İnanırıq ki, yaxın vaxtlarda Əfqansıtanda problemlər aradan qaldırılacaq sülhməramlılara ehtiyac qalmayacaqdır.

Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verdi. O.Əsədov Əfqanıstanın bu məsələ ilə bağlı İKT BMT- nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə minnətdarlığını bildirdi.

Məhəmməd Yunis Qanuni Azərbaycan ilə Əfqanıstanın beynəlxalq əlaqələr sistemində xüsusi əhəmiyyətə malik ölkələr olduğunu bildirdi. O dedi ki, dövlətlərimizin başçıları arasındakı gözəl münasibətlər ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar açmışdır. Bizim xalqlarımız arasındakı mədəni əlaqələrin qədim tarixi vardır. Düşünürəm ki, parlamentlərarası əlaqələrimiz daha da genişlənməli inkişaf etməlidir. Əfqanıstanlı qonaq hər iki ölkə nümayəndələrinin beynəlxalq təşkilatlardakı əməkdaşlığını da yüksək qiymətləndirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2008.-2 dekabr.-S.4.