Türkiyənin xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını şəhid türk əsgərinin memorialını ziyarət etmişdir

 

 

AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan dekabrın 1- Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ulu öndərin məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.

Daha sonra Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının məzarları üstünə tər qərənfillər qoymuş, şəhid türk əsgərinin xatirəsinə ucaldılmış memorialın önünə gül çələngi qoymuşdur.

 

Azərbaycan.-2008.-2 dekabr.-S.4.