Azərbaycan-Əfqanıstan
əlaqələrinin böyük
potensialı vardır
AzərTAc xəbər
verir ki, Əfqanıstan Milli Assambleyasının sədri
Məhəmməd Yunis
Qanuni dekabrın 1-də
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr daimi
komissiyasının sədri
Səməd Seyidovla görüşmüşdür.
S.Seyidov Azərbaycanın Əfqanıstan
ilə əlaqələrin
inkişafına böyük
önəm verdiyini bildirmişdir. Hər iki ölkənin
terrordan əziyyət
çəkdiyini diqqətə
çatdıran komissiya
sədri demişdir ki, Əfqanıstanın Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində
ölkəmizin haqlı
mövqeyini müdafiə
etməsi Azərbaycanda
razılıqla qarşılanır
və yüksək qiymətləndirilir.
Daimi komissiyanın sədri Milli Məclisdə Əfqanıstanla parlamentlərarası
əlaqələrə dair
dostluq qrupu yaradıldığını vurğulamış
və qarşı tərəfin də belə bir qrup
yaradacağına ümidvar
olduğunu demişdir. O, hər
iki dostluq qrupunun ölkələrimiz
arasında əlaqələrin
inkişafına xidmət
edəcəyinə inamını
ifadə etmişdir.
Məhəmməd Yunis Qanuni ölkəsinin
Azərbaycan ilə əlaqələrin inkişafına
böyük önəm
verdiyini qeyd etmişdir və demişdir ki, Azərbaycana bu səfəri əlaqələrimizin
inkişafında mühüm
rol oynayacaqdır.
Əfqanıstanın terrordan əziyyət çəkdiyini deyən Məhəmməd Yunis Qanuni terrorla mübarizədə səylərin
əlaqələndirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra görüşdə
qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
edilmiş, belə səfərlərin ölkələrimiz
arasında əlaqələrin
inkişafına mühüm
töhfələr verəcəyinə
inam ifadə edilmiş, Azərbaycan-Əfqanıstan
münasibətlərinin böyük
potensialı olduğu
xüsusi vurğulanmışdır.
Azərbaycan.-2008.-2 dekabr.-S.4.