Əfqanıstan parlament nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuni onu müşayiət edən şəxslər dekabrın 1-də Fəxri xiyabana gəldilər.

Burada qonaqları Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov digər rəsmi şəxslər qarşıladılar.

Məhəmməd Yunis Qanuni onu müşayiət edən şəxslər ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər məzarı önünə əklil gül dəstələri qoydular.

* * *

Əfqanıstan parlament nümayəndə heyəti sonra Şəhidlər xiyabanına gələrək, Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər qərənfillər düzdülər, "Əbədi məşəl" xatirə kompleksinin önünə əklil qoydular.

Əfqanıstanlı qonaqlar Bakının ən yüksək nöqtəsindən paytaxtın mənzərəsini seyr etdilər.

 

Azərbaycan.-2008. -2 dekabr.-S.4.