Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Terri Devisi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Avropa Şurasının baş katibi Terri Devisi qəbul etmişdir.

Görüşdə Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda keçirilən konfransın əhəmiyyəti vurğulandı. Bu cür tədbirlərin ölkələr xalqlar arasında əlaqələrin möhkəmlənməsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində rolu qeyd olundu.

Söhbət zamanı həmçinin Azərbaycanla Avropa Şurası arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi bildirildi. Avropa Şurasının baş katibi Terri Devisin ölkəmizə bu səfərinin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

 

AzərTAc

 

Azərbaycan.-2008.-3 dekabr.-S.1.