Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2- Tatarıstan Respublikası Dövlət Şurasının sədri Farid Muxametşini qəbul etmişdir.

Farid Muxametşin Tatarıstan Prezidenti Mintimer Şaymiyevin salamlarını məktubunu dövlətimizin başçısına çatdırdı. Qonaq ölkəmizin müvafiq qurumları ilə Tatarıstan arasında əlaqələrin inkişafını vurğuladı.

Dövlətimizin başçısı Tatarıstan Prezidenti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı, əlaqələrin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Tatarıstan Prezidenti Mintimer Şaymiyevin salamlarına görə minnətdarlığını bildirdi, özünün salamlarını ona çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

Azərbaycan.-2008.-3 dekabr.-S.1.