Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə"yə
əlavə edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi
haqqında Əsasnamə"yə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008-ci il, N4, maddə
258) aşağıdakı məzmunda 11.5-ci bənd əlavə edilsin:
"11.5. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq keçirilən müsabiqələrdə iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatlar".
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2008-ci il
Azərbaycan.-2008.-3 dekabr.-S.3.