"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əlavə edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Biometrik informasiya haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2002-ci il, N 9, maddə 555; 2003-cü il, N 3, maddə 153, N 10, maddə 570; 2005-ci il, N 2, maddə 69, N 4, maddələr 301, 307, N 8, maddə 721, N 10, maddə 919, N 12, maddələr 1104, 1117; 2006-cı il, N 7, maddə 591, N 9, maddə 743, N 11, maddə 945, N 12, maddə 1057; 2007-ci il, N 6, maddə 618, N 8, maddələr 759,765, N 10, maddə 943, N 11, maddələr 1098, 1106; 2008-ci il, N 8, maddə 718) ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə aşağıdakı məzmunda 57-ci bənd əlavə edilsin:

57. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

 

Azərbaycan Respublikasının Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyi 2200

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. bu fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri təsdiq etsin;

2.2. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-3 dekabr.-.S.3.