Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişikliklər
edilməsi barədə
"Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
strukturuna dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
2 iyun tarixli 767 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1. "Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
kollegiyasının tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il
1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, N9, maddə
187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, N12, maddə 1028) 2-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Gömrük
Qaydalarının Pozulması və Qaçaqmalçılıqla
Mübarizə Baş İdarəsinin rəisi" sözləri
"Gömrük Sahəsində Hüquqpozmalara qarşı
Mübarizə Baş İdarəsinin rəisi" sözləri
ilə əvəz edilsin;
1.2.
"Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin
sədri" sözləri "Naxçıvan Muxtar
Respublikası Dövlət Gömrük Komitəsinin sədri"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, N12, maddə 1001) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının gömrük
orqanlarında ali xüsusi rütbəli vəzifələrin
Siyahısı"nda "Naxçıvan Muxtar Respublikası
Gömrük Komitəsinin sədri" sözləri
"Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin sədri" sözləri ilə əvəz
edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli 475 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, N11, maddə 937) ilə təsdiq
edilmiş "Xidməti silah saxlamaq, gəzdirmək və təyinatı
üzrə istifadə etmək hüququ olan Azərbaycan Respublikası
gömrük orqanlarının vəzifəli şəxslərinin
Siyahısı"nda aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
"Qaçaqmalçılıq və Gömrük
Qaydalarının Pozulması ilə Mübarizə Baş
İdarəsinin" sözləri "Gömrük Sahəsində
Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin"
sözləri ilə əvəz edilsin;
3.2.
"Naxçıvan Gömrük Komitəsinin" sözləri
"Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin" sözləri ilə əvəz
edilsin;
3.3. Siyahının
"Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin" vəzifəli şəxslərinə
aid hissəsində "qaçaqmalçılıq və
gömrük qaydalarının pozulması ilə mübarizə
şöbəsinin" sözləri "gömrük
hüquqpozmalarına qarşı mübarizə şöbəsinin"
sözləri ilə əvəz edilsin;
3.4. Siyahının
"Dövlət Gömrük Komitəsi sisteminə daxil olan
gömrük idarələrinin" vəzifəli şəxslərinə
aid hissəsində "qaçaqmalçılıq və
gömrük qaydalarının pozulması ilə mübarizə
şöbələrinin" sözləri "gömrük
hüquqpozmalarına qarşı mübarizə şöbələrinin"
sözləri ilə əvəz edilsin.
4. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, N9, maddə 872; 2008-ci il, N3, maddələr
169, 186, N5, maddə 364, N 6, maddələr 483, 504) ilə təsdiq
edilmiş "İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nın 4.1-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
4.1.
"Qaçaqmalçılıq və Gömrük
Qaydalarının Pozulması ilə Mübarizə Baş
İdarəsinin" sözləri "Gömrük Sahəsində
Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin"
sözləri ilə əvəz edilsin;
4.2. "Naxçıvan
Muxtar Respublikasının Gömrük Komitəsinin"
sözləri "Naxçıvan Muxtar Respublikasının
Dövlət Gömrük Komitəsinin" sözləri ilə
əvəz edilsin.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
6. Bu fərman dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,2 dekabr 2008-ci il
Azərbaycan.-2008.-3 dekabr.-S.3.