Azərbaycan Avropa Şurası üçün
xüsusi maraq doğuran ölkədir
AzərTAc xəbər
verir ki, dekabrın 2-də ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda
səfərdə olan Avropa Şurasının baş katibi
Terri Devis ilə görüşmüşdür.
Ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə məlumat verən nazir bu islahatların Avropa Şurası ilə intensiv və səmərəli əməkdaşlıq şəraitində aparıldığını xüsusi qeyd etmişdir.
Azərbaycanın Avropa Şurası üçün xüsusi maraq doğuran ölkə olduğunu bildirən Terri Devis, respublikamızda gedən islahatlara bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu vurğulamışdır.
Görüşdə əməkdaşlığın
perspektivləri, söz
və mətbuat azadlığı, korrupsiyaya
qarşı mübarizə,
məhkumların hüquqlarının
qorunması, əfv institutunun tətbiqinə dair ətraflı müzakirələr aparılmış,
qarşılıqlı maraq
doğuran məsələlərə
aydınlıq gətirilmişdir.
Azərbaycan.- 2008.-3 dekabr.-S.3.