Bakı Bəyannaməsi
dünyanı mədəniyyətlərarası
dialoqun genişləndirilməsinə
çağıran yeni
bir müraciətdir
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Bakı konfransına uzun müddət hazırlıq prosesi getmişdir. Bu işdə Azərbaycan hökuməti və Avropa Şurası birgə çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfransda geniş nitq söylədiyini xatırladan nazir demişdir ki, dövlətimizin başçısı bu konfransın keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalamış və müvafiq tapşırıqlarını vermişdi. Bundan əlavə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da konfransın təşkilinə dəstək vermiş, iştirakçılara müraciət göndərmişdi.
Ə.Qarayev iştirakçılar haqqında da məlumat verərək bildirmişdir ki, konfransda 48 ölkənin nümayəndələri təmsil olunmuşdur. Onların arasında nazirlər, nazir müavinləri, beynəlxalq təşkilatların rəhbərləri, habelə dünyanın görkəmli alimləri, yazıçılar, Nobellər ailəsinin üzvləri var idi.
İkigünlük konfransın sonunda yekdilliklə qəbul edilmiş Bakı Bəyannaməsinə toxunan nazir sənədin dünyanı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə çağıran yeni bir müraciət olduğunu demişdir. Konfransda belə bir yekdil fikir səslənmişdir ki, Bakı Bəyannaməsi sözdə qalmamalı, növbəti mərhələdə bu sənədin icrasına, yeni təşəbbüslərin, layihələrin həyata keçirilməsinə səy göstərilməlidir.
Ə.Qarayev konfransın keçirilməsində dəstəyinə və müzakirələrdə iştirakına görə Avropa Şurasının baş katibi Terri Devisə təşəkkürünü bildirmişdir.
Konfransın yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan hökumətinə
təşəkkür edən
Avropa Şurasının
nümayəndəsi xanım
Qabriella Battaini-Draqoni demişdir ki, biz burada mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsi
işində Azərbaycanın
iradəsinin bir daha şahidi olduq. Azərbaycan bu işə böyük diqqət yetirir və buna görə hökumətə təşəkkürümüzü
bildiririk. Ətraflı
fikir mübadiləsinin
aparıldığı konfransda
qəbul olunmuş Bəyannamə bizim gələcək fəaliyyətimizi
əks etdirir.
Azərbaycan. - 2008.- 4 dekabr.-S.1.