Bakıda TRASEKA-ya üzv dövlətlərin
nəqliyyat nazirlərinin
yubiley konfransı keçirilir
AzərTAc xəbər verir ki, dekabrın 3-də Bakıda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsində iştirak edən dövlətlərin nəqliyyat nazirlərinin yubiley konfransı işə başlamışdır.
Nəqliyyat Nazirliyindən bildirmişlər ki, konfrans Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə çoxtərəfli razılaşmanın 10 illiyi və Avropa Şurasının TRASEKA layihəsi proqramının 15 illik yubileyinə həsr olunmuşdur.
Tədbirdə 20-dən artıq ölkənin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri iştirak edirlər. Bu dövlətlərdən 12-si qurumun üzvüdür.
Dekabrın 4-də işini "Gülüstan" sarayında
davam etdirəcək yubiley tədbirində nəqliyyat dəhlizinin uzadılması və digər qonşu dövlətlərin bu layihəyə qoşulması
məsələləri müzakirə
olunacaq, quruma üzv ölkələr arasında əməkdaşlığın
genişləndirilməsi və perspektivlər haqqında fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan.-2008.- 4 dekabr.-S.1.