Hesablama Palatası ilə Baş Prokurorluq arasında razılaşma Memorandumu imzalanmışdır
Azərbaycan Respublikasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlığın genişləndirilməsi və səmərəliliyinin artırılması, dövlətin maliyyə-iqtisadi maraqlarının təmin edilməsi və maliyyə intizamının qorunması məqsədi ilə qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi zamanı qarşılıqlı fəaliyyəti əlaqələndirmək barədə razılaşma Memorandumu imzalamışlar.
Razılaşma Memorandumunun müddəalarına uyğun olaraq Hesablama Palatası və Baş Prokurorluq iqtisadi və sosial sahələrdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində birgə əməkdaşlıq zəminində fəaliyyət istiqamətlərinə uyğun olaraq korrupsiya hüquqpozmalarının aşkar edilməsi və aradan qardırılmasında əməkdaşlıq edəcəklər. Hesablama Palatasının apardığı nəzarət tədbirləri zamanı dövlət vəsaitindən və dövlət əmlakından istifadədə baş vermiş hüquqpozmalarda cinayət xarakterli faktlar ehtimal edildikdə toplanmış materiallar Baş Prokurorluğa təqdim ediləcəkdir.
Memorandumda¸ Hesablama Palatası və Baş Prokurorluq arasında zəruri hallarda informasiya və təcrübə mübadiləsinin, birgə elmi-praktiki tədbirlərin keçirilməsi, mütəxəssis qismində qarşı tərəfdən əməkdaşların cəlb edilməsi də nəzərdə tutulur.
İki dövlət orqanı arasında işgüzar əməkdaşlığı daha da gücləndirəcək
razılaşma Memorandumunu
Azərbaycan Respublikasının
Hesablama Palatasının
sədri Heydər Əsədov və Azərbaycan Respublikasının
Baş prokuroru Zakir Qaralov imzalamışlar.
Azərbaycan.-2008.-4 dekabr.-S.4.