ARDNŞ nümayəndəsi Almaniyada keçirilən ümumdünya tibb sərgi-konfransında iştirak edib

 

 

Almaniyanın Düsseldorf şəhərində "Medica-2008" ümumdünya tibb sərgi-konfransı keçirilib. 1969-cu ildən təşkil olunan sayca 40- dəfə keçirilən "Medica" öz miqyasına, burada təmsil olan ölkələrin, şirkətlərin iştirakçıların sayına görə tibb sahəsində dünyanın ən nəhəng forumudur.

Bu il sərgidə 4 313 şirkət öz məhsulunu nümayiş etdirib. Sərgidə nümayiş etdirilən məhsullarla 100-dən artıq ölkədən gələn 200 minə yaxın qonaq tanış olub.

Hazırda respublikamızda səhiyyə sahəsində gedən quruculuq işlərində fəal iştirak edən, yeni müalicə-diaqnostika mərkəzlərinin inşasında uğurlar qazanan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti son illərdə Düsseldorfda keçirilən tibbi sərgilərə mütəmadi olaraq öz nümayəndələrini ezam edir. Bu il sərgidə ARDNŞ Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi Fuad Əlizadə iştirak edib. Bir sıra dünya şöhrətli şirkətlərin rəhbərləri ilə məhsuldar görüşlər keçirən F.Əlizadə onlara ARDNŞ-nin həyata keçirdiyi tibbi layihələr haqqında ətraflı məlumat verib əməkdaşlıq üçün onları Azərbaycana dəvət edib. Qeyd olunub ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına respublikamızın ayrı-ayrı bölgələrində inşa olunan yeni müalicə-diaqnostika mərkəzlərində həmin şirkətlərin istehsalı olan müasir tibbi avadanlıqlardan istifadə imkanları araşdırılmalıdır.

 

Azərbaycan.-2008.-4 dekabr.-S.4.