İordaniya ilə Azərbaycan arasında mədəniyyət
sahəsində geniş
əməkdaşlıq var
Bakıda Avropa
Şurasının üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransında iştirak etmiş
İordaniyanın mədəniyyət naziri xanım Nensi Bəkir
Naquez AzərTAc-a demişdir ki, qədim tarixi və zəngin ənənələri
olan Azərbaycanda olmaqdan məmnunam.
İordaniya ilə Azərbaycan
arasında mədəniyyət sahəsində əməkdaşlığın
olduğunu qeyd edən nazir teatr, kino və folklor istiqamətlərində
də əlaqələrin inkişafının vacibliyini
vurğulamışdır.
Azərbaycan.-2008.-4 dekabr.-S.5.