Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın 10 illiyinə həsr olunmuş yubiley konfransının iştirakçılarına

 

 

Hörmətli konfrans iştirakçıları!

Əziz qonaqlar!

Sizi Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın 10 illik yubileyinə həsr olunmuş toplantının keçirilməsi münasibətilə səmimi qəlbdən salamlayıram.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabr ayında Bakı şəhərində keçirilmiş Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş imzalanmış ölkələrimiz arasında beynəlxalq daşımaların hüquqi əsasları yaradılmışdır.

Keçən dövr ərzində iqtisadi münasibətlərin, ticarət nəqliyyat əlaqələrinin inkişafı, daşımaların təşviqi, nəqliyyat şəbəkələrinin dünya bazarlarına çıxışının təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmiş nəticədə Avropa, Qafqaz, Asiya dövlətləri arasında beynəlxalq daşımaların həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bu müddətdə Əsas Çoxtərəfli Saziş institusional baxımdan genişləndirilmiş təkmilləşdirilmiş, Sazişdə iştirak edən dövlətlərin nəqliyyat infrastrukturunun yeniləşdirilməsi inkişafı, uzlaşdırılmış tarif siyasətinin aparılması, münbit investisiya mühitinin yaradılması, kadrların hazırlanması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi daşımaların təhlükəsizliyinin təmin edilməsi sahəsində vacib regional proqramlar icra olunmuşdur.

Biz Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin beynəlxalq əməkdaşlığa təşviq etməklə kommunikasiya vasitəsi olaraq formalaşması üçün əsas verən TRASEKA proqramının həyata keçirilməsində Avropa İttifaqının təşəbbüsünü dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, Böyük İpək yolunun bərpası TRASEKA nəqliyyat dəhlizinin fəaliyyəti regional inteqrasiya proseslərinə güclü təkan verərək ölkələrimizin sosial-iqtisadi inkişafına bundan sonra da xidmət edəcəkdir.

Konfransın işinə müvəffəqiyyət arzu edir hamınıza gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan.-2008.-5 dekabr.-S.1.