Tailandın Kralı əlahəzrət Bhumibol
Adulyadejə
Əlahəzrət!
Tailandın Milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 24 noyabr 2008-ci il
Azərbaycan.-2008.- 5 dekabr.-S.1.