Rusiya Federasiyasının
Prezidenti zati-aliləri
cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç!
Moskvanın və bütün Rusiyanın Patriarxı, zati-müqəddəsləri II Aleksinin vəfatı barədə kədərli
xəbəri dərin
hüznlə qarşıladım.
Patriarx II Aleksi Azərbaycanla Rusiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafına,
xalqlarımız arasında
qarşılıqlı anlaşma
və etimadın möhkəmlənməsinə sanballı töhfə vermişdir.
Hörmətli Dmitri Anatolyeviç,
bu kədərli anlarda Sizə və bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
5 dekabr 2008-ci il
Azərbaycan.-2008.-6 dekabr.-S.1.