Elmar Məmmədyarov: Beynəlxalq hüququn bütün sənədləri Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas kimi qəbul edir

 

Biz çox rəmzi bir yerdə, təşkilatın fundamental sənədi olan Helsinki Yekun Aktının yarandığı yerdə görüşürük. Bu sənəd Avropa qitəsini parçalayan sərhədlərin aradan qaldırılması prosesinin başlanğıcı və bizim ölkələrdə demokratik quruculuq nailiyyətlərinin möhkəmləndirilməsində dönüş nöqtəsi olmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən iclasındakı çıxışında demişdir.

Nazir vurğulamışdır ki, biz hamımız Helsinki Yekun Aktında ehtiva olunmuş prinsiplərin qorunmasına dair öhdəliklərimizə ciddi riayət etməyimizi təsdiqləməli ATƏT-in Avropa Təhlükəsizlik sisteminə verdiyi dəyəri müəyyən etməliyik. Biz hamımız dərk etməyə başlayırıq ki, Avropa məkanındakı son hadisələrin kontekstində dövlətlərin ərazi bütövlüyü suverenliyi, ilk növbədə təhlükəsizlik baxımından, ən vacib rol oynayır.

Azərbaycan inanır ki, ATƏT-in Avropa təhlükəsizlik sistemində nadir yeri vardır. Qabaqlama, münaqişələrin qarşısının alınması tənzimlənməsi, böhranların nizamlanması böhrandan sonrakı reabilitasiya ATƏT-in vacib vəzifələri olaraq qalmalıdır.

Azərbaycan xarici siyasət idarəsinin başçısı diqqətə çatdırmışdır ki, ATƏT-in indiyədək topladığı, danışıqlara konsensus yanaşmalar üzrə geniş təcrübəsinə əsaslanaraq, biz silahlara nəzarət rejimlərində mövcud problemləri aradan qaldırmalıyıq. ATƏT, özünün müxtəlif strukturları yerlərdəki missiyaları vasitəsilə iştirakçı dövlətlərdə demokratik cəmiyyətin ümumi inkişafın dəstəklənməsi sahəsində zəngin təcrübə əldə etmişdir. Ancaq hələ bir sıra sahələrdə ATƏT-in potensialını gerçəkləşdirməyə ehtiyac vardır. Bununla belə, yaranan yeni tendensiya - ATƏT-in fəaliyyət dairəsini yalnız insan hüquqları məsələləri ilə yalnız Avratlantik məkanının Şərq hissəsindəki məsələlərlə məhdudlaşdırmaq bizi narahat edir. Azərbaycan daim ATƏT-in fəaliyyətinin hər üç ölçüsünə tarazlı yanaşmışdır.

Biz ATƏT-in icra strukturlarının diqqəti müvafiq iştirakçı dövlətlər tərəfindən müəyyənləşdirilmiş prioritetlərə yönəltməsinin, təşkilatın mandatından kənar vəziyyətlərdən, yaxud digər beynəlxalq təşkilatların atdığı addımları təkrarlayan fəaliyyətdən çəkinməyin vacibliyini vurğulayırıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda qeyri-sabitliyin əsas mənbəyi olaraq qaldığını söyləyən E.Məmmədyarov bildirmişdir ki, kövrək atəşkəs uzunmüddətli davamlı sülh üçün əvəz ola bilməz.

Azərbaycan, Ermənistan Rusiya prezidentlərinin noyabrın 2-də keçirdikləri görüşdə imzalanmış Moskva Bəyannaməsini Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaxşı əsas yaradan vacib sənəd olduğunu vurğulayan nazir demişdir: "Prezidentlər beynəlxalq hüququn prinsip normaları, onların bazasında qəbul edilmiş qərarlar sənədlərin əsasında münaqişənin siyasi həlli yollarını axtarmağa davam edəcəklərini bəyan etmişlər. Bunlar Birləşmiş Millətlər Təşkilatı ATƏT-in sənədləri hər şeydən öncə BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi BMT ATƏT tərəfindən qəbul edilən qətnamə qərarları nəzərdə tutur. Bütün bu sənədlər təsdiq edir ki, Azərbaycanın ərazi bütövlüyü münaqişənin tənzimləməsi üçün əsasdır. Moskva Bəyannaməsi münaqişənin tənzimlənməsi prosesinə beynəlxalq təminatlarla mərhələli yanaşmanı təsdiq etmişdir. Bunu bütün tərəflər vasitəçilər real, mümkün variant kimi qiymətləndirmişlər. Münaqişənin həlli bütün regionda iqtisadi inkişaf əməkdaşlıq üçün əlverişli şərait yarada bilər. Bundan başqa, Bəyannamə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini xüsusi qeyd edir".

Azərbaycan etnik təmizləmələrin nəticələrinin aradan qaldırılmasının, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmaların sabit və təhlükəsiz yaşayışının təmin edilməsinin, icmalar arasında əməkdaşlığın bərpa edilməsinin və bunun əsasında regionun Azərbaycanın daxilində statusunun müəyyənləşdirilməsi prosesində insanların demokratik qaydada bərabər və birbaşa iştirakının faydalı olacağına inandığını deyən E.Məmmədyarov çıxışını bu sözlərlə bitirmişdir: "Mən ümid edirəm ki, Ermənistan bu yanaşmanın üstünlüklərini başa düşəcəkdir. Çünki bu, həm də onun öz maraqlarına uyğundur".

 

Azərbaycan.-2008.-6 dekabr.-S.2.