Sabahın layiqli vətəndaşları yetişir  

 

 

Bu gün ölkəmizdə əvvəlki dövrlərdən fərqli olaraq təhsilə tamamilə başqa yanaşma var. Məktəb ilk növbədə cəmiyyət üçün savadlı insanlar yetişdirməlidir. Bunu heç kim inkar etmir. Ancaq müasir dövr, müasir cəmiyyət üçün insanın təkcə müəyyən biliklərə yiyələnməsi kifayət deyil. Məqsəd hərtərəfli inkişaf etmiş, həyati bacarıqlara yiyələnmiş, insanlarla asanlıqla ünsiyyət quran, yüksək intellektual səviyyəyə malik gənclərin yetişməsinə nail olmaqdır.

Cox fərəhlidir ki, bu istiqamətdə təkcə respublikamızın iri şəhərlərində deyil, bölgələrində böyük işlər görülür. Beyləqan rayon təhsil şöbəsinin işi bu cəhətdən nümunəvidir.

Beyləqanda istedadlı şagirdlərin üzə çıxarılmasına onların gələcək inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə rayonda maraqlı görülüb - xüsusi istedada malik gənclərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədilə "Müsabiqə mərkəzi" tikilib istifadəyə verilmişdir. Həmin mərkəzdə hansı tədbirlər keçirilir? Rayon rəhbərliyinin təşəbbüsü ilə təhsil şöbəsi yanında ayrı-ayrı fənlərdən məktəb rəhbərlərindən ibarət komissiyalar yaradılmışdır. Fənn komissiyalarının vəzifəsi öz sahələri üzrə təhsilin keyfiyyətini yüksəltmək üçün ardıcıl tədbirlər həyata keçirməkdir. Onlar müəllimlərlə metodiki aparır, nümunə açıq dərslər keçirir, istedadları üzə çıxarır, onların fəaliyətinin inkişafına təkan verəcək müsabiqə yarışlar, olimpiadalar təşkil edirlər. Bu fənn komissiyalarının tədbirləri məhz "Müsabiqə mərkəzi"ndə keçirilir yekunlaşdırılır.

Belə tədbirlər ilboyu davam etdirilir sonda qaliblər mükafatlandırılır, üzə çıxarılmış ilboyu aparmış istedadlı müəllimlər isə respublika səviyyəli tədbirlərə cəlb olunurlar. Bir qrup beyləqanlı şagirdin qardaş Türkiyəyə səfəri məhz rayonda bu istiqamətdə aparılan işlərin nəticəsidir.

Bu ilin baharında Türkiyənin Əskişəhər şəhərinin valisi Qadir Çalışçı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısına məktubla müraciət edərək "19 may Atatürkü anım: gənclik idman bayramı"na qatılmaq üçün 20 nəfərlik bir qrup dəvət etdi. Dəvətə müvafiq razılığa uyğun olaraq rayon təhsil şöbəsi metodkabinetinin direktorunun rəhbərliyilə 5 nəfər müəllim rayonun 15 nəfər istedadlı şagirdi may ayının 16-dan 26-dək Əskişəhərdə oldular. Mayın 18- Türkiyənin Baş naziri cənab Rəcəb Təyyub Ərdoğan da çox qədim tarixi olan Əskişəhərə gəlmiş şəhər valisinin təşəbbüsü ilə Azərbaycandan gəlmiş qonaqları qəbul etmişdir. Bu görüşdə onun xanımı da iştirak edirdi. Onlar uşaqlarla yaxından maraqlandı, hədiyyələr bağışladılar. Beyləqanlı uşaqlar isə vətəndən apardıqları kiçik sovqatları, həmçinin şəhər 4 saylı orta məktəbin VII sinif şagirdi Təbriz Sultanlının çəkdiyi Atatürkün portretini Türkiyənin Baş nazirinə təqdim etdilər. Şagirdlərin, xüsusən Nüranə Əmirlinin ifa etdiyi şeirlər çox bəyənildi.

19 may 2008-ci il tarixdə Atatürk adına Əskişəhər stadionunda "Atatürkü anım: gənclik idman bayramı"na qatılan beyləqanlılar fəxri paradda Azərbaycanı təmsil etməklə üçrəngli bayrağımız altında qürurla addımladılar. Sonra isə onlar şəhər rəhbərliyinə istedadlı uşaqların əl işlərindən ibarət hədiyyələri təqdim etdilər. Ulu öndər Heydər Əliyevin portretini Əskişəhər valisi Qadir Çalışçı başı üzərinə qaldıranda stadiondakılar ayağa qalxaraq "Heydər Əliyev - Azərbaycan," - deyə səslərini ucaltdılar.

Beyləqanlı şagirdlər fənn olimpiadalarının respublika mərhələsində hər il ardıcıl olaraq mükafata layiq yer tutur, idman sahəsində yüksək nəticələr göstərirlər.

Şəhər 1 saylı orta məktəbin X sinif şagirdi Orxan Talışzadə, VII sinif şagirdi Səxavət Yusifli Yunanıstan, İspaniya Antaliyada keçirilən beynəlxalq şahmat yarışlarında birinci ikinci yerləri tutmuş, şəhər 3 saylı orta məktəbin VIII sinif şagirdi Eldəniz Əzizli isə 2007-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionu olmuşdur.

Bu il beyləqanlı şagirdlər fənn olimpiadalarının respublika turunda yüksək nəticələr göstərmişlər. Şəhər 1 saylı orta məktəbin X sinif şagirdi Gülzar Pənahlı, Araz qəsəbə orta məktəbinin X sinif şagirdi Ülkər İskəndərova isə Azərbaycan dili ədəbiyyatdan respublika mərhələsinin qalibləri sırasında olmuşlar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində rayonun VII-XI sinif şagirdləri arasında ümummilli liderin həyat fəaliyyətinə aid inşa müsabiqəsi keçirilmişdir. Müsabiqənin qalibi olmuş şəhər 3 saylı orta məktəbin VIII sinif şagirdi Çinarə Hacıyeva respublika mərhələsində iştirak etmiş dördüncü yer qazanmışdır. Onun yazdığı inşa xüsusi kitabda yer almışdır.

Ötən tədris ilində V-XI sinif şagirdlərindən ibarət bir qrup yaradılaraq ümumilli liderin adını daşıyan muzeydə onlara ulu öndər Heydər Əliyevin irsi tədris edilmişdir.

Şəhərin mərkəzində böyük vətəndaş sevgisi ilə yaradılmış Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Muzey iki hissədən ibarətdir. Binanın daxilində açıq həyətdə ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan dövlətinin tarixini əks etdirən müxtəlif maraqlı eksponatlar nümayiş etdirilir. Həyətdəki daş kitabələr xüsusilə diqqət çəkir. Muzey rayon məktəblilərinin sevimli yerinə çevrilmişdir. Tarix dərslərinin muzeydə keçirilməsi artıq ənənə halını almışdır.

Beyləqanda ucqar kənd məktəblərinin problemləri daim diqqət mərkəzində saxlanılır. Müasir təhsilə verilən tələblərə uyğun işləmək üçün burada hər cür şərait yaradılır. Rayonda təhsilin maddi-texniki bazası ildən-ilə möhkəmlənir. Yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.

Beyləqanda sabahın layiqli vətəndaşları yetişir. Dövlət qayğısından bəhrələnən bu qədim diyarın xoşbəxt övladları vətənə məhəbbət ruhunda tərbiyə alırlar.

 

Lazım QULİYEV

 

Azərbaycan.-2008.- 6 dekabr.-S.4.