Şeyxülislam Allahşükür Paşazadə: Qurban bayramı Xaliqin öz bəndələrinə lütf mərhəmətinin ən yüksək nümunəsidir

 

 

AzərTAc xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə dünya müsəlmanlarının əziz Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik etmişdir.

Təbrikdə deyilir ki, bəndənin öz Yaradanına hədsiz məhəbbət təqvasının təzahürü olan Qurban bayramı Xaliqin öz bəndələrinə lütf mərhəmətinin ən yüksək nümunəsidir.

Uca Allahın qüdrət əzəmətinə dəlalət edən bu mübarək bayramın təlqin etdiyi müqəddəs hisslərin fövqündə hər birinizə Pərvərdigarın şəfaətinə şükr-səna etməyi müqəddəs dinimizin yüksək dəyərlərinə layiq olmaq səadətini diləyirəm.

Qurban bayramının fəzilətlərini xatırladan şüyxülislam A.Paşazadə bildirir ki, hər birimizin borcu doğma yuvalarından didərgin düşmüş soydaşlarımıza, kimsəsiz, imkansız insanlara da bu mübarək bayramın sevincini yaşamaqda yardımçı olmaqdır.

Bu münəvvər gündə şeyxülislam kimi bütün dualarım vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah səadəti üçündür. Bizim ən böyük arzumuz ondan ibarətdir ki, inşallah, xalqımız dövlətimizin başçısı İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə ən ümdə arzularına, ülvi istəklərinə nail olsun, doğma Qarabağımıza qovuşsun. Əminik ki, inşallah, dualarımız müstəcab olacaq, Rəhbərimizin müdrikliyi, iradəsi qətiyyəti bizi böyük qələbəyə yetirəcəkdir.

Şeyxülislamın təbriki bu sözlərlə başa çatır: "Mən bu əziz gündə bir daha xalqımı təbrik edir sidq ürəkdən dua edirəm ki, bütün həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun. Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah ölkəmizə sülh əmniyyət, xeyir bərəkət bəxş etsin! Qoy Yaradan insanların mənən saflaşması həmrəyliyini təcəssüm etdirmək məramı ilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin! Amin!".

 

Azərbaycan.-2008.-6 dekabr.-S.5.