Bakıda VIII türk dünyası iqtisadiyyat, elm mədəniyyət forumunun "İpək yolu XXI əsrdə" mövzusunda konfransı başa çatmışdır

 

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən VIII türk dünyası iqtisadiyyat, elm mədəniyyət forumunun "İpək yolu XXI əsrdə" mövzusunda beynəlxalq konfransı dekabrın 5-də başa çatmışdır.

Beynəlxalq konfransda "Türk dünyası ortaq ali təhsil məkanının formalaşdırılması imkanları", "Cənubi Qafqazda nəqliyyat layihələri onların həyata keçirilməsinin geopolitik nəticələri", "Türk dünyasında ali təhsilin inkişafı: kitabxana informasiya siyasəti çərçivəsində bir baxış" digər mövzularda məruzələr dinlənilmişdir.

Türkiyənin Yakın Doğu Universitetinin professoru Aysel Yontar, Bişkek Maliyyə İqtisadiyyat Universitetinin təmsilçisi, professor Abdurrahman Mevlanov, Daşkənd Dünya İqtisadiyyatı Diplomatiya Universitetinin müəllimi, doktor Haydrali Yunusov digər natiqlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Böyük İpək yolunun bərpası üzrə Bakıda keçirilmiş konfransın əhəmiyyətini qeyd edərək, İpək yolunun daha da inkişaf etdirilməsinin zəruriliyini bildirmişlər.

Türkdilli xalqların tarixi əlaqələrindən bəhs edən natiqlər iqtisadiyyat, təhsil, mədəniyyət s. sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiklərini söyləmişlər.

Sonda yekun bəyannamə qəbul olunmuş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Xatırladaq ki, Təhsil Nazirliyi, ADİU, Türkiyənin Xarici Ticarət Müşavirliyi Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş konfransda Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan digər türkdilli ölkələrdən olan nümayəndələr, ayrı-ayrı qurumların təmsilçiləri iştirak etmişlər.

 

 

Azərbaycan.-2008.-6 dekabr.-S.5.