Azərbaycan Avropanın mühüm enerji təminatçısıdır

 

Müasir qloballaşma dövründə enerji təhlükəsizliyi hər bir dövlətin müstəqil siyasət yeritməsinin vacib atributuna çevrilmişdir. Respublikamız bu sahədə həyata keçirdiyi düşünülmüş strategiya əsasında son illərdə nəinki regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçılarından birinə çevrilmişdir. Qloballaşan dünyada enerji resurslarına nəzarət uğrunda rəqabətin kəskinləşdiyi bir zamanda respublikamızın bu sahədə öncül mövqelərə çıxması əsası hələ ötən əsrin 70-80- illərində qoyulmuş çoxşaxəli enerji infrastrukturuna söykənir.

Müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarını hələ o dövrdən qurub-yaratmağa başlamış ulu öndər Heydər Əliyev bir sıra strateji sahələrlə yanaşı respublikamızın enerji müstəqilliyi üçün bütün zəruri tədbirləri həyata keçirmiş, əzmkar fəaliyyəti ilə ciddi energetika sisteminin formalaşmasına nail olmuşdur. Həmin illərdə respublikamızın əsaslandırılmış enerji təhlükəsizliyi strategiyasını formalaşdırmağı mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyan ümummilli lider bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirmiş, respublikamızın bölgələrinin elektrik enerjisi təbii qazla təmin edilməsinə çalışmışdır.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev inkişafın zəruri əsası kimi enerji sistemini böhranlı vəziyyətdən çıxarmağa çalışmış, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişdir. 1994-cü il sentyabrın 20- Bakıda 7 ölkənin 11 neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" adı ilə tarixə düşmüş ilk neft müqaviləsinin imzalanması müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin təminatında mühüm mərhələnin başlanğıcına çevrilmişdir. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqil dövlət kimi digər dünya ölkələri ilə əməkdaşlığının genişlənməsinə, Avropa Birliyinə digər mötəbər strukturlara inteqrasiyasına münbit zəmin formalaşmışdır.

"Əsrin müqaviləsi" imzalanandan sonra hasil olunacaq milyonlarla ton xam nefti Qərb bazarlarına çıxaracaq boru kəmərlərinin marşrutu düzgün seçilmişdir. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün onun Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycanla Gürcüstan hökumətləri arasında saziş imzalanmışdır. 1999-cu il aprelin 17- Azərbaycan, Gürcüstan Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. Beləliklə, Azərbaycan Qərbə alternativ çıxış imkanı qazanaraq birqütblü boru kəməri asılılığından çıxmış, qonşu Gürcüstanın da iqtisadi inkişafı istiqamətində mühüm addım atmışdır. 2002-ci il sentyabrın 18- isə Azərbaycan, Türkiyə Gürcüstan prezidentlərinin iştirakı ilə əsas ixrac neft boru kəmərinin - BTC-nin əsası qoyulmuş, beləliklə, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz Avropa məkanının enerji təhlükəsizliyinə xidmət edən strateji bir layihə əfsanədən gerçəkliyə çevrilmişdir.

2006- ilin sonlarına yaxın dünyada yaşanan bir sıra gərgin mürəkkəb proseslər enerji təhlükəsizliyi məsələsinin bütövlükdə Avropa üçün ciddi problemə çevrildiyini təsdiqləmişdir. Rusiyanın "Qazprom" şirkətinin təbii qazın qiymətlərinin qaldırmaqda israrlı olması nəinki MDB-nin, eyni zamanda Avropanın bir sıra dövlətlərinin kəskin etirazı ilə qarşılansa da, Azərbaycan hökuməti ilk gündən bu məsələdə kifayət qədər təmkinli mövqe tutdu. Prezident İlham Əliyev mavi yanacağın qiymətlərinin artırılmasını Rusiyanın daxili işi kimi qiymətləndirmiş, respublikamızın bundan heç bir narahatlıq keçirmədiyini demişdir. Eyni zamanda Rusiya qazından imtina etməyi bacaran Azərbaycan dövlətçilik maraqları baxımından qətiyyətli mövqeyini ortaya qoymuşdur. Prezident İlham Əliyevin tapşırığı ilə 2006- ilin dekabr ayında Azərbaycan hökuməti Gürcüstana təbii qaz vermiş, qonşu dövlətin bu problemi aradan qaldırılmışdır. Bu hadisə bir daha təsdiqləmişdir ki, Azərbaycan regionda hansısa digər dövlətdən enerji asılılığı olmayan yeganə ölkədir.

2007-2008-ci illərdə Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunun artması isə Avropa dövlətlərinin respublikamızla bu sektorda sıx əməkdaşlıq etmək marağını daha da gücləndirmişdir. Ötən il Türkiyə-Yunanıstan qaz kəmərinin istismara verilməsi Azərbaycanın Avropanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyindəki rolunu gücləndirmişdir. Xatırladaq ki, Türkiyə ilə Yunanıstanın qaz kəmərləri şəbəkələrini birləşdirəcək bu boru xəttinin inşasına dair ilkin sənəd 2002-ci ilin aprelində imzalanmış, 2003-cü ilin fevralında isə hökumətlərarası razılıq əldə olunmuşdur. 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır. Nəticədə Xəzər regionunda hasil ediləcək təbii qazın Mərkəzi Avropaya çatdırılması imkanı daha da genişlənəcəkdir.

2007-ci ilin mayında Polşanın Krakov şəhərində, oktyabrında Litvanın paytaxtı Vilnüsdə, 2008-ci ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş enerji sammitləri Xəzərin zəngin karbohidrogen ehtiyatlarının nəqlində alternativ neft qaz kəmərləri sisteminin yaradılması zəruriliyi ətrafında geniş fikir mübadiləsi aparılmış, bir sıra konkret nəticələr əldə olunmuşdur. Vilnüs konfransının yekunu kimi, Azərbaycan, Gürcüstan, Litva, Polşa, Ukrayna Qazaxıstanın dövlət başçılarının 10 oktyabr 2007-ci ildə imzaladıqları birgə kommunikeyə əsasən, dövlət başçıları Xəzər neftinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın yaradılması barədə razılığa gəlmişlər. Yeni konsorsiumun əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etməkdir. Prezidentlər həmçinin enerji sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı niyyətlərini bəyan etmişdilər.

Bir müddət əvvəl Bakıda təşkil olunmuş IV Enerji sammiti isə Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması istiqamətində səylərin daha da genişləndiyini göstərir. Bu məqsədlə "Sarmatiyanın" - müştərək konsorsiumun təsis edilməsi prosesin yaxın perspektivdə sürətlənəcəyinə işarədir. Hazırda şirkət layihənin texniki-iqtisadi əsaslandırma işlərini həyata keçirir. İlin sonunadək layihənin əhatəli texniki-iqtisadi əsaslandırma sənədi üzərində işlərin yekunlaşması gözlənilir. Bundan sonra Xəzər dənizinin nəhəng enerji resursları üçün Avropa bazarlarına əlavə nəqledilmə marşrutunun reallaşdırılması istiqamətində əməli addımlar atılacaqdır. Bu layihə Xəzər-Qara dəniz-Baltik dənizi regionlarında yerləşən dövlətlər arasında səmərəli regional əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

Sammitin yekunu kimi, Azərbaycan, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, İsveçrə Konfederasiyası, Estoniya, habelə Avropa Komissiyasının birgə imzaladıqları Bəyannamə regionda daha bir qlobal enerji əməkdaşlığının başlandığını göstərir. Bəyannamə ilə IV Bakı Enerji Sammitinin iştirakçıları Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya Neft Nəqli Dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasının əhəmiyyətini önə çəkmiş, karbohidrogenlərin etibarlı təhlükəsiz nəqlinə zəruri şəraitin təmin edilməsi üçün Xəzər-Qara dəniz-Baltik Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini dəstəkləmişlər. Sənəddə Krakov, Vilnüs Kiyev enerji sammitlərinin qərarlarının həyata keçirilməsi çərçivəsində "Sarmatiya" beynəlxalq boru kəməri müəssisəsi (BBKM) təşkilati strukturunun yaradılması, həmçinin Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin istismarı istiqamətində görülmüş təşkilati-əməli tədbirlər dəstəklənmişdir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası respublikamızın milli təhlükəsizliyinin vacib amilinə çevrilmişdir. Dövlət başçısı ölkənin artan iqtisadi potensialını məhz səmərəli güclü enerji kompleksinin formalaşmasına yönəltməklə, respublikamızın həm daim müstəqil siyasət yeritməsini təmin etməyə çalışır. Bütün bunlar isə respublikamızı həm Avropa məkanında etibarlı tərəfdaşa çevirir.

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2008.- 7 dekabr.-S.1.