Müasir
çağırışlara cavab verən, beynəlxalq səviyyəli
ali təhsil ocağı
AzərTAc xəbər verir
ki, dekabrın 5-də Milli Təhlükəsizlik Nazirliyinin
Heydər Əliyev adına Akademiyasının
yaradılmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli
mərasim keçirilmişdir.
Milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin rəhbər
işçiləri və akademiyanın şəxsi heyəti
əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycanın
təhlükəsizlik orqanlarının milliləşmə
prosesinin banisi, müstəqillik illərində milli təhlükəsizlik
orqanlarının ölkəmizin mənafelərini və
dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa
malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olan
ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi
ehtiramla yad edilmiş, məzarı üzərinə tər
çiçək dəstələri
düzülmüşdür.
Daha sonra təntənəli
yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasında davam etmişdir. Tədbirdə
görkəmli ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri
iştirak etmişlər. Milli Təhlükəsizlik
Nazirliyinin rəhbərliyi və mərasimdə iştirak edən
qonaqlar akademiyanın həyətində Azərbaycan xüsusi
xidmət orqanlarının inkişafında əvəzsiz rolu
olan ulu öndər Heydər Əliyevin abidəsi önünə
əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Milli
təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov
akademiyanın şəxsi heyətini təbrik etdikdən sonra
ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla
anılmış, dövlət himni səslənmişdir.
Bundan sonra meydana ali təhsil ocağının bayrağı
gətirilmiş və kursantlar tribunanın önündən
təntənəli marşla keçmişlər.
Təntənəli mərasimdə
iştirak edən Prezidentin İcra Aparatının
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov, təhsil naziri Misir Mərdanov,
Milli Məclisin deputatları və respublikanın ali təhsil
ocaqlarının, o cümlədən hərbi tədris müəssisələrinin
rektorları və rəisləri akademiyada "Şöhrət"
muzeyində olmuşlar. Qonaqlara məlumat verilmişdir ki,
muzeydə Azərbaycan milli təhlükəsizlik
orqanlarının formalaşmasında və inkişafında
misilsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin
mənalı həyat və fəaliyyətini əks etdirən
zəngin fotomateriallar, sənədlər və
çoxsaylı eksponatlar toplanmışdır. Burada ulu
öndərin həm keçmiş Sovet İttifaqı dönəmində,
həm də ölkəmizin müstəqillik illərində
Azərbaycanın tərəqqisi və nüfuzunun artması
naminə gördüyü işləri də əks etdirən
fotomateriallar toplanmışdır. Qonaqlara ümummilli liderin fəaliyyətinə
həsr edilmiş musiqili kompozisiya nümayiş
etdirilmişdir.
Daha sonra milli təhlükəsizlik
naziri Eldar Mahmudov tərəfindən akademiyanın xidmətdə
və tədrisdə fərqlənən bir qrup əməkdaşına
fəxri fərman, medal, döş nişanları və digər
mükafatlar təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.
Akademiyanın iclas zalında
davam edən tədbirdə ali təhsil ocağının
yaradılmasının 10 illik yubileyi münasibətilə Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin təbrik məktubunu Prezidentin İcra Aparatının
şöbə müdiri Fuad Ələsgərov oxumuşdur.
Mərasimdə
çıxış edən milli təhlükəsizlik naziri
Eldar Mahmudov yubiley münasibətilə
iştirakçıları təbrik edərək demişdir
ki, müstəqil Azərbaycanın təhlükəsizliyini təmin
edəcək peşəkar zabit kadrlarının hazırlanmasında
xüsusi əhəmiyyətə malik olan bu ali təhsil
ocağı ulu öndər Heydər Əliyevin 1998-ci il 1
dekabr tarixli Sərəncamı ilə
yaradılmışdır. Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının təsis
edilməsi ümummilli liderin müstəqil Azərbaycanın
təhlükəsizlik orqanlarının inkişafına
göstərdiyi böyük qayğının ifadəsi idi.
Keçmiş SSRİ vaxtında bu sahə üçün
kadrlar Moskva, Leninqrad və
Nazir Eldar Mahmudov qeyd
etmişdir ki, on il ərzində akademiyanın maddi-texniki
bazasının yaradılması, təlim və tədrisin təşkili
sahəsində bir sıra işlər
görülmüşdür. Xüsusi təhsil
ocağının fəaliyyətə başladığı
ilk dövrlə müqayisədə bu gün vəziyyət
tamamilə dəyişmişdir. Son illər burada böyük
təmir və yenidənqurma işləri aparılmış,
təzə korpuslar inşa olunmuş, maddi-texniki bazanın
möhkəmləndirilməsi, ən müasir texnoloji vasitələrin
tətbiqi təmin edilmişdir.
Yaxın ötən dövr ərzində
ümumilikdə milli təhlükəsizlik orqanlarında
baş verən ciddi dəyişiklikləri qeyd edən nazir
bunun Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərdiyi
diqqət və qayğının nəticəsi olduğunu
vurğulamışdır. Akademiyaya şəxsən gələn
dövlətimizin başçısı döyüş
bayrağını təqdim etmiş, burada
görülmüş işləri yüksək qiymətləndirmişdir.
Ali Baş Komandanın "Burada işlər yüksək səviyyədə
qurulub, akademiya ən yüksək dünya standartlarına
cavab verir" sözləri təhsil ocağının fəaliyyətinə
verilən ən yüksək qiymətdir.
Akademiyada tədrisin
xüsusi xidmət orqanlarının xüsusiyyətləri nəzərə
alınmaqla qurulduğunu bildirən nazir bu ali təhsil müəssisəsində
bilikləri mənimsəyən gənclərin əsl peşəkarlar
kimi yetişməsi ilə yanaşı, onların vətənə
və xalqa sədaqət ruhunda tərbiyəsinə,
dünyagörüşlərinin inkişafına ciddi diqqət
yetirildiyini bildirmişdir.
General-leytenant Eldar Mahmudov
vurğulamışdır ki, milli təhlükəsizlik
orqanlarının müasir tələblərə və
çağırışlara uyğun təkmilləşməsi,
yeniləşməsi istiqamətində həyata keçirilən
tədbirlər bundan sonra da uğurla davam etdiriləcək,
müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini
təmin edəcək kadrların hazırlanması işinə
müstəsna önəm veriləcəkdir.
Mərasimdə
çıxış edən təhsil naziri Misir Mərdanov
yubiley münasibətilə akademiyanın müəllim və
kursant heyətini respublikanın təhsil işçiləri
adından təbrik etmişdir. Nazir demişdir ki, 10 il tarix
baxımından qısa dövr olsa da, bu gün MTN-in Heydər
Əliyev adına Akademiyasında bir neçə onilliyə
sığmayacaq işlər aparılmışdır. Azərbaycanda
son illər təhsilə dövlət səviyyəsində
böyük diqqət və qayğının göstərildiyini
qeyd edən təhsil naziri akademiyanın buna ən bariz
nümunə olduğunu bildirmişdir. Bu gün milli təhlükəsizlik
orqanlarına xalqımızda böyük inam və hörmətin
formalaşdığını qeyd edən nazir bunun son illər
Milli Təhlükəsizlik Nazirliyində aparılmış
ciddi dəyişikliklərlə bağlı olduğunu
vurğulamışdır.
Yeni Azərbaycan
Partiyasının sədr müavini, icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədov bildirmişdir ki, bu təhsil
ocağında çalışanların və təhsil alanların
tam iftixar və qürur hissi keçirmək hüququ
vardır. Çünki yubileyinə
toplaşdığımız akademiya həm ulu öndər
Heydər Əliyev tərəfindən təsis edilmişdir, həm
də onun adını şərəflə
daşıyır. Azərbaycanın son illər sürətlə
inkişaf etdiyini, xarici dövlətlərlə
qarşılıqlı faydalı əlaqələr
qurduğunu qeyd edən Əli Əhmədov bildirmişdir ki,
bu inkişaf həm də qaçılmaz rəqabət
yaradır. Belə bir şəraitdə dövlətimizə
qarşı müəyyən təhdidlərin, terror təhlükəsinin
qarşısının alınmasında Milli Təhlükəsizlik
Nazirliyinin rolu xüsusi əhəmiyyət kəsb edir. Fərəhli
haldır ki, milli təhlükəsizlik orqanları ölkəmizə
qarşı yönəlmiş bu təhdidlərin
qarşısını vaxtında və peşəkarlıqla
alır, müstəqil dövlətçiliyimizin qorunması
üçün böyük fədakarlıq nümayiş
etdirirlər. Bütün bunların arxasında vətənə,
xalqa, Azərbaycan dövlətçiliyinə böyük məhəbbət
və sevgi hissi dayanır.
Akademiyanın kollektivini
yubiley münasibətilə təbrik edən
Mərasimdə
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov
müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər
Əliyevin irsinin bu gün etibarlı əllərdə
olduğunu bildirmişdir. Son illər Azərbaycanın
bütün sahələrdə görünməmiş
sürətlə inkişaf etdiyini söyləyən rektor
vurğulamışdır ki, bu inkişafın qorunmasında,
mühafizə olunmasında milli təhlükəsizlik
orqanlarının mühüm rolu vardır. Rektor qeyd
etmişdir ki, dövlətçilik üçün
xüsusi əhəmiyyət kəsb edən Milli Təhlükəsizlik
Nazirliyində gənc kadrların hazırlanmasına,
onların müasir tələblərə uyğun
yetişdirilməsinə xüsusi diqqət yetirilir. Akademiya ilə
tanışlıq deməyə əsas verir ki, Azərbaycanın
müasir çağırışlara cavab verən xüsusi
təyinatlı ali təhsil ocağı vardır.
Akademiyanın rəisi
general-leytenant Ziya Yusifzadə bu təhsil ocağında təlim
və tərbiyə prosesinin müasir tələblər səviyyəsində
qurulması məqsədi ilə həyata keçirilmiş tədbirlər
haqqında ətraflı məlumat vermişdir. Rektor qeyd
etmişdir ki, akademiyada yaradılmış müasir tələblərə
cavab verən şərait dövlətimizin
başçısının diqqət və
qayğısının, eləcə də bu siyasətin həyata
keçirilməsinə Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin
gündəlik nəzarətinin bəhrəsidir və
kollektivimiz buna görə Ali Baş Komandana minnətdardır.
General-leytenant Ziya Yusifzadə akademiyada ən müasir
standartlar səviyyəsində aparılan təhsil-tədris,
təlim-tərbiyə, eləcə də kursantların mənəvi
yetkinliyi və fiziki sağlamlığı istiqamətində
görülən işlər barədə də geniş məruzə
etmişdir.
Sonra MTN-in Heydər Əliyev
adına Akademiyasının şəxsi heyətinin Prezident
İlham Əliyevə müraciəti qəbul olunmuşdur.
Sonda akademiyanın 10 illik
yubileyi münasibətilə hazırlanmış
"Şücaət və şöhrətin
ünvanı" adlı sənədli film nümayiş
olunmuşdur.
Azərbaycan.-2008.- 7 dekabr.-S.3.