Son beş ildə informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf edib

 

 

AzərTAc xəbər verir ki, rabitə informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da peşə bayramlarını qeyd etmişlər.

Bu münasibətlə keçirilən mərasimin iştirakçıları Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə gül-çiçək dəstələri düzülmüşdür.

Tədbir Rabitə İnformasiya Texnologiyaları Nazirliyində davam etdirilmişdir. Nazir Əli Abbasov ölkədə bütün sahələr kimi, rabitə informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini bildirmiş, Bakıda keçirilən "Bakutel-2008" sərgisinin əhəmiyyətindən danışmışdır. Ə.Abbasov ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin diqqət qayğısı sayəsində ölkəmizdə İKT sahəsində yüksək nailiyyətlər qazanıldığını bildirmişdir. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rabitə informasiya texnologiyaları sahəsinin bir sıra işçilərinin təltif edilməsi barədə Sərəncamını diqqətə çatdırmışdır.

Ə.Abbasov bildirmişdir ki, son 5 ildə sahə üzrə gəlirlərin artım tempi dünya inkişaf tempini 4,4 dəfə üstələyərək hər il üçün orta hesabla 30-35 faiz təşkil etmişdir.

Əli Abbasov Milli Sertifikat Xidməti milli superkompüter mərkəzlərinin yaradılmasının, elektron hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv vəzifənin gündəmdə durduğunu diqqətə çatdırmışdır. Bu vəzifələrin sırasında olan milli süni peyk layihəsi ölkənin telekommunikasiya teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verərək Azərbaycanda kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır.

Şərqi Avropa, Yaxın Şərq Mərkəzi Asiya ölkələrini birləşdirən "Qərb-Şərq yüksəksürətli informasiya magistralı"nın texniki-iqtisadi əsaslandırılması layihəsi üzərində işlərə toxunan nazir bu super informasiya magistralının dünyanın iki nəhəng regionunu - Qərbi Avropanı Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən, qonşu regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəyini demişdir.

Peşə bayramı münasibətilə RİTN tərəfindən sahənin bir qrup işçisinə fəxri adlar verilmişdir.

Toplantıda nazirlik tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Heydər Əliyevin İKT siyasətinin uğurlu davamı" kitabının təqdimatı olmuşdur.

 

Azərbaycan. -2008. -7 dekabr.-S.4.