Azərbaycan-Avropa Şurası əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

 

 

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla milli maraqlarımıza uyğun əməkdaşılığı uğurla inkişaf edir. Avropa strukturlarında təmsilçilik, ölkəmizin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqillik qazandıqdan sonra Azərbaycanın əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri məhz Avropa Şurasıdır. Ölkəmizin bu mötəbər qurumla 1996- ildə əsası qoyulmuş diplomatik münasibətləri son illər yüksələn xətlə inkişaf etmişdir. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında bu qurumun mühüm rolu olmuşdur.

Ölkəmizin qanunverici orqanı ilə Avropa Şurası (AB) arasında əməkdaşlığın möhkəmlənməsi inkişafında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin fəaliyyəti yüksək olmuşdur. 2001-2003-cü illər ərzində, yəni cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə eləcə sonra nümayəndə heyətimiz Parlament Assambleyasının ən fəal üzvləri olmuşdur. Nümayəndə heyəti Parlament Assambleyasında iştirakının ilk günlərindən Azərbaycanın milli maraqlarını müdafiə edərək quruma üzv olan dövlətlərin parlamentariləri ilə səmərəli əməkdaşlıq etmişdi.

Azərbaycan-Avropa Şurası əməkdaşlığı son illər daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırırlar. Eləcə qurumun təmsilçiləri ölkəmizdə səfərdə olaraq rəsmi görüşlər keçirir, əməkdaşlığın perspektiv imkanları barədə fikir mübadliləsi aparırlar. Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir adekvat münasibət bildirilir.

Avropa Şurası Parlament Assambleyasının Büro Daimi Komitə iclaslarında Azərbaycanda keçirilən prezident seçkilərinin müzakirəsi bunları bir daha təsdiq edir. AŞ PA-nın seçkini müşahidə missiyasının rəhbərinin məruzəsi ətrafında çıxış edən ölkələrin nümayəndələri Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik prinsiplərə Avropa Şurasının standartlarına cavab verdiyini birmənalı şəkildə ifadə etmişlər. Azərbaycanda son illər iqtisadi, siyasi, hüquqi sahələrədə aparılan islahatlar təqdir olunaraq bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda bu günlərdə keçirilən konfransı da böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Prezident İlham Əliyev son illər ərzində ölkəmizdə mədəniyyət turizm sahələrinin inkişafı, dünya miqyasında təbliği üçün 100-dən artıq fərman sərəncamlar imzalamışdır. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq saziş konvensiya təsdiq edilmişdir. Heydər Əliyev Fondunun mədəni irsimizin qorunması təbliği sahəsində məqsədyönlü fəaliyyəti diqqətçəkəndir. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin, habelə onun tərkib hissəsi olan islam mədəniyyətinin böyük daşıyıcılarından biri olduğuna görə Bakı şəhəri 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan olunmuşdur. Şübhəsiz ki, Bakı konfransı da nəinki Azərbaycanın Qərbin, eyni zamanda Şərqin mədəni həyatında çox mühüm hadisədir.

Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" konfransında 48 dövlətin 10 beynəlxalq təşkilatın başçısının iştirakı tədbirin mühüm əhəmiyyət daşıdığını göstərdi. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri dövlətlər arasında mədəni inteqrasiyanın, dialoqun praktik inkişafını, real səmərəli fəaliyyət mexanizmlərini müəyyənləşdirdilər. Avropa müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda keçirilən ilk beynəlxalq tədbirdə yeni əməkdaşlıq prosesinin əsası qoyuldu. Tədbirdə müxtəlif qitələrin dinlərin nümayəndələri təmsil olunaraq mədəni əməkdaşlıq münasibətlərinin formalaşmasında konkret addım atdılar. Avropa Şurası Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir.

Bakı konfransı mədəniyyətlərarası dialoqun təşviq olunmasında yeni bir mərhələnin başlanğıcını qoydu. Tədbirdə iştirak edən Prezident İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verdiyini bildirmişdi: "Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməklə bir daha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini tolerantlıq, milli etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar. Burada bütün dinlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə xas olan çox mühüm amildir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə, millətlərarası münasibətlərə, milli dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir".

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda keçirilən tədbirin yekununda iştirakçı tərəflər Bakı Bəyannaməsini imzaladılar. Bəyannamənin ən mühüm cəhətlərindən biri odur ki, sənəddə mədəniyyətlərarası dialoqun genişləndirilməsi üçün əlaqələrin əhəmiyyəti vurğulanır. Mədəniyyətlərarası dialoqun davam etdirilməsi qərara alınıb. Sənəddə mədəni irsin qorunmasına da xususi diqqət yönəldilib. Bakı konfransı Azərbaycanın mədəniyyətlərarası dialoqun genişləndirilməsində önəmli rola malik olduğunu bir daha təsdiq etdi. Ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında olması daha böyük perspektivlərə yol açacaqdır.

 

E.HACIALIYEV

 

Azərbaycan.-2008.-7 dekabr.-S.4.