Qurban bayramı ərəfəsində YAP icra katibliyinin rəhbərliyi Bilgəhdəki müharibə əmək əlilləri üçün pansionata baş çəkmişdir

 

 

AzərTAc xəbər verir ki, dekabrın 6-da Qurban bayramı münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibliyinin rəhbərliyi Bilgəhdəki müharibə əmək əlilləri üçün pansionatda olmuşdur.

Pansionatın direktoru Bəhruz Əlmədətov məlumat vermişdir ki, hazırda burada 164 müharibə əmək əlili yaşayır. Bir iki nəfərlik otaqlarda məskunlaşmış sakinlər üçün hər cür şərait yaradılmışdır. Pansionatda həkim məntəqəsi fəaliyyət göstərir, sakinlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir.

Bayram münasibətilə pansionatda yaşayan əlilləri təbrik edən YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Əli Əhmədov qeyd etmişdir ki, bu, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu siyasət xalqımıza böyük uğurlar qazandırmış, müstəqil Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Məhz bunun nəticəsidir ki, cari il oktyabrın 15- keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyəti səsini YAP sədri İlham Əliyevə vermişdir.

Mərasimdə çıxış edən pansionat sakinləri Əhməd Məşədiyev, Oqtay Rəhimov başqaları ömürlərinin ahıl vaxtlarında respublika rəhbərliyinin onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri, inşa olunan yeni məktəblər, səhiyyə ocaqları, salınan yollar, gündən-günə gözəlləşən şəhərlər onları da sevindirir, fərəhləndirir.

Mərasim bayram süfrəsi ilə davam etmiş, sakinlərə sovqatlar, qurban payı verilmişdir.

 

Azərbaycan.-2008.-7 dekabr.-S.5.