İraqdakı Azərbaycan sülhməramlıları vətənə
qayıdır
AzərTAc xəbər
verir ki, İraqdakı Azərbaycan sülhməramlıları
dekabrın 7-də vətənə yola düşəcəklər.
İraqın Əl-Əsəd
şəhərindəki hərbi bazada Azərbaycan sülhməramlılarının
missiyasının başa çatması münasibətilə
təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycan
hərbçilərinin İraqda beşillik xidməti müsbət
qiymətləndirilmiş, fərqlənmiş Azərbaycan hərbçilərinə
Koalisiya Qüvvələri Komandanlığının və
yerli hökumətin mükafatları təqdim olunmuşdur.
Azərbaycan hərbçiləri
mühafizə etdikləri obyektləri İraqın hökumət
qüvvələrinə təhvil vermişlər.
Xatırladaq ki, Milli Məclis
bu ilin noyabrında "Azərbaycan Respublikası Silahlı
Qüvvələri kontingentinin İraqdan geri
çağırılması haqqında" qərarı təsdiq
etmişdir.
Azərbaycan sülhməramlıları
bölüyü Əl-Anbar vilayətinin Əl-Hədithə
şəhəri yaxınlığında su anbarını və
İraq ərazisinin 30 faizini elektrik enerjisi ilə təmin edən
su-elektrik stansiyasını mühafizə edirdilər.
Azərbaycan.-2008.-7 dekabr.-S.9.