Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyətinin Cenevrəyə səfəri uğurlu olmuşdur

 

AzərTAc xəbər verir ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olmasına hazırlıq üzrə komissiya sədrinin müavini, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrədə səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə İqtisadi İnkişaf Nazirliyinin digər aidiyyəti dövlət qurumlarının rəsmiləri daxil idi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti DTT BMT-nin Ticarət İnkişaf üzrə Konfransının (UNCTAD) mütəxəssisləri Azərbaycanın DTT- üzv olması ilə bağlı bu qurumun katibliyində yaradılmış işçi qrupunun indiyədək keçirdiyi iclasların nəticələrinə dair hazırlanmış Faktlar İcmalının layihəsini müzakirə etmişdir. Aparılmış məsləhətləşmələrdən sonra Faktlar İcmalının layihəsi əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir.

Azərbaycanın əlverişli şərtlərlə DTT- üzvlüyünün təmin edilməsi məqsədilə mövqeyi bir daha DTT katibliyinin üzvolmalar departamentinin direktoru A.Hüseynin diqqətinə çatdırılmışdır.

Azərbaycanın bu beynəlxalq təşkilata üzvlüyü ilə əlaqədar zəruri müzakirələrin aparılması məqsədilə DTT-nin baş direktorunun müavinləri V.Ruqvabiza H.Sinq, UNCTAD-ın Xidmətlərlə Ticarət Departamentinin direktoru M.Maşayexi, habelə Dünya Bankının DTT yanında daimi nümayəndəliyinin rəsmiləri ilə görüşlər keçirilmişdir.

Azərbaycan nümayəndə heyəti Braziliya, Yaponiya, Şri-Lanka və Ekvador nümayəndə heyətləri, eləcə də Belarus və İraqın DTT-yə üzvlüyü üzrə danışıqlar qrupunun üzvləri ilə görüşlər keçirmiş, fikir mübadiləsi aparmışdır.

 

 

Azərbaycan.-2008.-7 dekabr.-S.11.