Azərbaycan Prezidenti İlham Əliyev Qətərin ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da
Qətər dövlətinin ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
şeyx Mübarək bin Fəhd Casim Al Taninin etimadnaməsini
qəbul etmişdir.
Səfir Prezident
sarayında fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Şeyx Mübarək
bin Fəhd Casim Al Tani etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin başçısı
səfirlə söhbət etdi.
Şeyx Mübarək
bin Fəhd Casim Al Tani Qətər dövlətinin əmiri Həməd
bin Xəlifə Al Taninin salamlarını Azərbaycan
Prezidenti İlham Əliyevə çatdırdı. Səfir
etimadnaməsini qəbul etdiyinə görə dövlətimizin
başçısına minnətdarlığını bildirdi.
Ölkəmizə səfir təyin olunmasından böyük
şərəf duyduğunu deyən diplomat Azərbaycan
Prezidentini əmin etdi ki, səfirlik fəaliyyəti müddətində
əlaqələrimizin daha da möhkəmlənməsi
işində öz səylərini əsirgəməyəcəkdir.
Dövlətimizin
başçısı ölkələrimiz arasında əlaqələrin
uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın
genişlənməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin mühüm əhəmiyyət
daşıdığını qeyd edən Prezident İlham Əliyev
ikitərəfli əlaqələrimizin gələcək
inkişafı üçün böyük imkanların
olduğunu dedi. Səfirə fəaliyyətində müvəffəqiyyətlər
arzulayan dövlətimizin başçısı əminliklə
bildirdi ki, şeyx Mübarək bin Fəhd Casim Al Taninin
respublikamızda diplomatik fəaliyyəti müddətində
ölkələrimiz arasında əlaqələr daha da
genişlənəcəkdir.
AzərTAc
Azərbaycan.-2008. -11 dekabr. -S.1.