"Azərbaycan
Respublikasında 2009-cu il
üçün yaşayış
minimumu haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
"Azərbaycan
Respublikasında 2009-cu il üçün yaşayış
minimumu haqqında" Azərbaycan Respublikasının 2008-ci
il 25 noyabr tarixli 717-IIIQ nömrəli qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikasında
2009-cu il üçün
yaşayış minimumu
haqqında" Azərbaycan
Respublikasının 2008-ci il
25 noyabr tarixli 717-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan
Respublikasında 2009-cu il
üçün yaşayış
minimumu haqqında"
Azərbaycan Respublikasının
2008-ci il 25 noyabr tarixli 717-IIIQ nömrəli
qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Bu sərəncam
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 dekabr 2008-ci il
Azərbaycan.-2008.-11 dekabr.-S.1.