"Azərbaycan
Respublikasında 2009-cu il
üçün ehtiyac
meyarının həddi
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə
"Azərbaycan
Respublikasında 2009-cu il üçün ehtiyac
meyarının həddi haqqında" Azərbaycan
Respublikasının 2008-ci il 25 noyabr tarixli 718-IIIQ nömrəli
qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasında 2009-cu il üçün ehtiyac
meyarının həddi haqqında" Azərbaycan
Respublikasının 2008-ci il 25 noyabr tarixli 718-IIIQ nömrəli
qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasında 2009-cu il
üçün ehtiyac meyarının həddi
haqqında" Azərbaycan Respublikasının 2008-ci il 25
noyabr tarixli 718-IIIQ nömrəli qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2. Bu sərəncam dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2008-ci il
Azərbaycan.-2008.-11 dekabr.-S.1.