Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat məbləğində təsdiq edilsin.

II. Bu qanun 2009-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-11 dekabr.-S.1.