Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin vəfatı ilə əlaqədar başsağlığı
vermişdir
AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyində
Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin vəfatı ilə əlaqədar matəm kitabı açılmışdır.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasizadə dekabrın 9-da patriarx II Aleksinin vəfatı ilə əlaqədar başsağlığı
vermək üçün
səfirliyə gəlmişdir. Baş nazir Azərbaycan
dövləti və hökuməti adından
başsağlığı vermiş, matəm kitabına
ürək sözlərini yazmışdır.
Diplomatik nümayəndəliyə
gələn Azərbaycanın dövlət və hökumət
rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri,
ictimaiyyətin nümayəndələri də patriarx II
Aleksinin vəfatından kədərləndiklərini bildirmiş,
matəm kitabına başsağlığı sözlərini
yazmışlar.
Rusiyanın ölkəmizdəki
səfiri Vasili İstratov vurğulamışdır ki, patriarx
II Aleksi Azərbaycan ilə Rusiyanın ənənəvi
dostluq əlaqələrinin inkişafına, xalqlarımız
arasında qarşılıqlı anlaşma və etimadın
möhkəmlənməsinə sanballı töhfə
vermişdir.
Moskvanın və
bütün Rusiyanın patriarxı II Aleksi dekabrın 5-də
vəfat etmişdir. Öz əvəzsiz xidmətləri ilə
həm Rusiyada, həm də beynəlxalq aləmdə iz
qoymuş patriarx II Aleksinin xatirəsi dünyanın müxtəlif
ölkələrini əhatə edən milyonlarla insanın qəlbində
əbədi yaşayacaq və hörmətlə yad ediləcəkdir.
Azərbaycan.-2008.-11 dekabr.-S.1.