"Los-Anceles Tayms":
Azərbaycan - qəhrəman
övladlar Vətəni
Bu sözləri ABŞ-ın
nüfuzlu "Los-Anceles
Tayms" qəzeti İraqda sülhməramlı
missiyasını başa
vurub Vətənə
dönən Azərbaycan
qüvvələri haqqında
yazmışdır.
Əsgərlərimizin fotoşəkli ilə müşayiət olunan məqalə emosional ruhdadır. Yazıda deyilir: "Azərbaycanlılar
evə dönürlər.
Digər
dövlətlər ABŞ-ın
başçılığı altında İraqdakı koalisiyaya qoşulmaq qərarını çək-çevir
edəndə Azərbaycan
Respublikası tərəddüd
etmədi. Beş
ildən artıqdır
ki, Azərbaycan əsgərləri Əl-Ənbər
vilayətində Əl-Hədithə
su anbarının təhlükəsizliyini təmin
edərək müəyyən
olunmuş perimetri qoruyur, hər gün işə gələn 630 nəfər
iraqlını yoxlayır,
şimalda Qədisiyə
gölünə, cənubda
isə Fərat çayına nəzarət
edirdilər. On bir dəfə dəyişməklə
Xəzər dənizinin
sahilində yerləşən
dövlətin 1000 nəfər
hərbçisi mühüm
su elektrik enerjisi mənbəyi olan və buna
görə də silahlılar üçün
arzuolunan hədəfə
çevrilmiş su anbarını qorumuşlar.
Azərbaycan əsgərləri yüksək intizam nümayiş etdirərək
hətta hərbi yeməkxanaya belə marşla gedib-gəlirdilər.
İndi isə onlar Ənbərdən çıxaraq
təhlükəsizlik tədbirlərini
iraqlılara həvalə
edirlər. Bu münasibətlə keçirilən
mərasimdə Azərbaycan
bayrağı endirilmiş,
hərbi rəsmilər
bu ölkənin qüvvələrinə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycanlılar öz himnlərini oxuyurdular. "Azərbaycan!
Azərbaycan! Ey qəhrəman
övladın şanlı
vətəni. Səndən
ötrü can verməyə
cümlə hazırız.
"1918-ci ildə yazılmış himnin sözləri 1937-ci ildə
"əks-iqilabçı" kimi qətlə yetirilmiş şair Əhməd Cavada məxsusdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlət himnini yenidən qəbul etmişdir".
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2008.-11
dekabr.-S.6.