Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir

 

Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir.

AzərTAc xəbər verir ki, bayram münasibətilə Əzizbəyov rayonunun bütün qəsəbələrində İkinci Dünya, Qarabağ müharibələri veteranlarına, şəhid ailələri, tənha kimsəsizlərə, internat evlərinə, aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından bayram münasibətilə qurbanlar kəsilərək Əzizbəyov rayonunun bütün qəsəbələrinə paylanılmışdır. Ümumilikdə 1500 aztəminatlı ailəyə bayram payı göndərilmişdir. Xüsusi qayğıya ehtiyacı olan insanlara 2 tondan çox qurban əti paylanılmışdır.

Mərdəkanda təşkil olunmuş mərasimdə Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov sakinləri müqəddəs bayram münasibətilə təbrik etmiş demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban xanım Əliyeva aztəminatlı ailələrə, ehtiyacı olanlara daim yüksək diqqət qayğı ilə yanaşırlar. Rayonun sakinləri belə müqəddəs bayramda onları yaddan çıxarmadığı üçün Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişlər.

 

Azərbaycan.-2008.-11 dekabr.-S.6.