Qətər dövlətinin səfiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

AzərTAc xəbər verir ki, Qətər dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tani dekabrın 10-da Heydər Əliyev sarayının qarşısındakı parkda ulu öndərin abidəsini ziyarət etmişdir.

Diplomat xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə əklil qoymuşdur.

 

Azərbaycan.-2008.-11 dekabr.-S.6.