Azərbaycanın baş ziyarətgahı
Ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət etmək üçün Fəxri xiyabana geniş insan axını başlayıb. Ziyarətə gələnlər arasında isə ən müxtəlif təbəqədən olan
insanlara rast gəlmək mümkündür.
Onlardan biri, Vəli Mehdiyev hər il
ümummilli liderin qəbrini ziyarət etdiyini bildirir. Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi yaddaşında qalıb: "Heydər Əliyev hakimiyyətə
gələndə ölkədə
çox acınacaqlı
vəziyyət idi. Silahlı dəstələr cinayətlər
törədir, özbaşınalıq
baş alıb gedirdi. Ulu öndər Heydər
Əliyev bütün
bunlara son qoydu. Camaatın güzəranı yaxşılaşdı.
Azərbaycanı dünyaya məhz
bu dahi lider
tanıtdı. Heydər Əliyevin
xatirəsi daim yaddaşlarda yaşayacaq.
Hər il
mən onun məzarını ziyarət
edirəm. Özü də buraya
tək yox, ailə üzvlərimlə
gəlirəm".
Sürücü işləyən
38 yaşlı İrşad
İbrahimov da hər il
ümummilli liderin məzarını ziyarət
etdiyini bildirir: "Mən
təkcə dekabrda ümummilli liderimizin məzarını ziyarət
etmirəm. İldə 4-5 dəfə buraya
gəlirəm. Axı o, indiki
Azərbaycanı yaradıb,
inkişaf etdirdi.
Bunu tək mən demirəm, xalq deyir, xaricdən Azərbaycana gələnlər
deyir. Heydər Əliyev mənim
yaddaşımda el atası
kimi qalıb. Müstəqillikdən sonra hakimiyyət
başına gələnlər
Azərbaycanı nə
günə qoymuşdular?
Camaat evdən çıxa bilmirdi. Yaxşı ki, Heydər
Əliyev hakimiyyətə
gəldi və bütün bunlara son qoydu. O olmasaydı, indi Allah bilir, Azərbaycan nə günə qalmışdı.
Camaat ulu öndər Heydər Əliyevin gəlişindən sonra xoş gün görməyə başladı.
Yaxşı ki, ondan sonra hakimiyyətə layiqli davamçısı
gəldi. Prezident İlham
Əliyev ümummiili liderin siyasətini çox gözəl davam etdirir. Qarabağ problemi də həll olunduqdan sonra hər şey daha yaxşı
olacaq".
62 yaşlı
Bəsti Məmmədova
isə təqaüdçüdür:
"Bala, Heydər Əliyevi
mən hələ sovet dövründən yaxşı tanıyıram.
Özüm ali
təhsilli dil-ədəbiyyat
müəlliməsiyəm. 1969-cu
ildə Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən
sonra ölkəmizi
SSRİ məkanında daha
yaxşı tanımağa
başladılar. Bildilər ki,
Azərbaycan təkcə
neft ölkəsi deyil. Ziyalı potensialımızı Heydər Əliyev üzə çıxardı.
Gənclərimizi SSRİ-nin
ən öndə gedən ali
məktəblərinə təhsil
almağa göndərdi.
İkinci dəfə də
Heydər Əliyev Azərbaycanın ən ağır günündə
rəhbər vəzifəyə
gəldi. Onun uzaqgörən,
məqsədyönlü siyasəti
sayəsində Azərbaycan
dünyada tanındı.
Artıq
ölkəmizlə hesablaşırlar.
Onun Azərbaycan qarşısında
xidmətləri misilsizdir.
Bunları saymaqla qurtarmaz.
İndi də onun siması
gözlərim önünə
gələndə kövrəlirəm".
Azərbaycan.-2008.-12 dekabr.-S.1.