Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Azərbaycan hərbçilərinin İraqda
uzunmüddətli xidmətini
başa vurduğu bir vaxtda, mən
2003-cü ildən etibarən
bu ölkədə çoxmillətli qüvvələrə
öz hərbçiləri
ilə verdiyi dəstəyə görə
Azərbaycan hökumətinə
və xalqına Birləşmiş Ştatların
dərin minnətdarlığını
bildirirəm. Əl-Anbar vilayətində Həditə su bəndinin həmin qüvvələr tərəfindən
mühafizəsini xüsusilə
yüksək qiymətləndirirəm.
Böyük çətinliklərə baxmayaraq,
İraqda demokratik hökumətin qurulması
və möhkəmləndirilməsinə
Azərbaycan xalqının
dəstək vermək
arzusu onun güclü iradəsinin nümunəsidir. Azərbaycanlılar İraqda azadlığın
qorunmasına yardım
məqsədi ilə aparılan uğurlu əməliyyatlarda iştirakları
ilə fəxr edə bilərlər.
Birləşmiş Ştatlar dünyada digər ümumi maraqlar çərçivəsində
Azərbaycanla əməkdaşlığı
gələcəkdə də
davam etdirməyi ürəkdən arzulayır.
Səmimiyyətlə,
Corc BUŞ,
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
9 dekabr 2008-ci il
Azərbaycan.-2008.-12 dekabr.-S.1.