"Sahibkarlıq
fəaliyyəti subyektlərinin
dövlət qeydiyyatının
"bir pəncərə"
prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunvericilik aktlarına
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il
20 fevral tarixli 713 nömrəli Fərmanına
əlavə və dəyişiklik edilməsi
barədə
"Baytarlıq
haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü və
8.1.11-ci maddələrində nəzərdə tutulmuş
fiziki şəxslər barədə məlumatların verilmə
dövriliyini müəyyən etmək məqsədilə qərara
alıram:
1. "Sahibkarlıq fəaliyyəti
subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə"
prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, N 2, maddə 54) 3.4-cü bəndində
"16-cı maddəsinin 1-ci bəndində" sözlərindən
sonra "nəzərdə tutulan hüquqi şəxslər"
sözləri əlavə edilsin, "hüquqi şəxslər
barədə" sözləri "fiziki şəxslər
barədə" sözləri ilə əvəz edilsin.
2. Bu fərman dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2008-ci il
Azərbaycan.-2008.-12 dekabr.-S.1.