2008-ci il iyunun 3-də Ankara şəhərində
imzalanmış "Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası
arasında dövlət
qulluğunun idarə olunmasının inkişafı
və dəstəklənməsi
haqqında Əməkdaşlıq
Protokolu"nun təsdiq edilməsi barədə
1. 2008-ci il iyunun 3-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən protokolun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2008-ci il
Azərbaycan.-2008.-12 dekabr.-S.1.