Bələdiyyə
torpaqlarının torpaq hərracları və ya müsabiqələri
vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır.
I. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 4, maddə 79; 1993-cü il, N 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddə 378; 1998-ci il, N 1, maddələr 15, 16; 1999-cu il, N 4, maddə 228, N 5, maddə 286; 2001-ci il, N 1, maddə 16, N 6, maddələr 362, 363, N 11, maddə 694, N 12, maddələr 731, 736; 2004-cü il, N 2, maddə 57, N 3, maddə 133, N 4, maddələr 199, 212, N 7, maddə 507, N 8, maddə 596; 2005-ci il, N 10, maddə 871, N 12, maddə 1093; 2006-cı il, N 4, maddə 312, N 11, maddə 933; 2007-ci il, N 6, maddə 561, N 8, maddə 756, N 11, maddələr 1053, 1078; 2008-ci il, N 3, maddə 156; Azərbaycan Respublikasının 2008-ci il 4 iyul tarixli 668-IIIQD nömrəli Qanunu) 12-ci maddəsində aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. maddənin adında və 2-ci bəndinin üçüncü abzasının ikinci cümləsində "torpaq sahəsilə", həmin bəndin üçüncü abzasının birinci cümləsində "pulsuz torpaq sahəsilə", üçüncü cümləsində "torpaq sahəsinə", dördüncü cümləsində, dördüncü və beşinci abzaslarında "torpaq sahəsi" sözlərindən əvvəl "fərdi yaşayış evinin tikintisi üçün" sözləri əlavə edilsin;
2. 5-ci bəndin beşinci abzasında "torpaq sahələri ayırmalı," sözləri çıxarılsın;
3. 6-cı bənddə "torpaq üçün icarə haqqını ödəməkdən azad edilirlər" sözləri "bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər" sözləri ilə əvəz edilsin.
II. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddə 203; 2001-ci il, N 1, maddə 26, N 3, maddə 149, N 6, maddə 375; 2002-ci il,N 5, maddələr 237, 241; 2003-cü il, N 1, maddə 14; 2004-cü il, N 2, maddə 59, N 4, maddə 212; 2006-cı il, N 6, maddə 478; 2007-ci il, N 1, maddə 3; 2008-ci il, N 3, maddə 154, N 6, maddə 460) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 7-ci maddənin 2-ci bəndi üzrə:
1.1. birinci hissədə "fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə" sözləri "bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə" sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin: "Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir.";
2. 19-cu maddə üzrə:
2.1. ikinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.";
2.2. üçüncü hissənin birinci cümləsində "uyğun olaraq" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin və ikinci cümləsində "bu məqsəd" sözləri "fərdi yaşayış evinin tikintisi" sözləri ilə əvəz edilsin;
2.3. dördüncü hissədə "ölçüdə" sözündən sonra "və qaydada" sözləri əlavə edilsin;
2.4. beşinci hissə çıxarılsın və altıncı-yeddinci hissələr müvafiq olaraq beşinci-altıncı hissələr hesab edilsin.
III. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1, maddə 14; 2001-ci il, N 3, maddələr 138, 145, 146, 147, N 12, maddələr 731, 745; 2002-ci il, N 6, maddə 328, N 8, maddə 464; 2004-cü il, N 2, maddə 57, N 11, maddə 886; 2005-ci il, N 7, maddələr 576, 588, N 10, maddə 871; 2006-cı il, N 4, maddə 312, N 11, maddə 933; 2007-ci il, N 8, maddə 756, N 11, maddə 1078) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 147-ci bəndinin səkkizinci hissəsinin ikinci cümləsində "torpaqla" sözündən əvvəl "fərdi yaşayış evinin tikintisi üçün" sözləri əlavə edilsin.
IV. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 3, maddə 154; 2001-ci il, N 3, maddə 149; 2002-ci il, N 5, maddə 241, N 12, maddə 706; 2003-cü il, N 1, maddə 14; 2006-cı il, N 5, maddə 389, N 6, maddə 478, N 8, maddə 657; 2007-ci il, N 8, maddə 745; 2008-ci il, N 5, maddə 348) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 4-cü maddənin ikinci hissəsində "bir qayda olaraq" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin;
2. 9-cu maddənin üçüncü abzası çıxarılsın və dördüncü-yeddinci abzaslar müvafiq olaraq üçüncü-altıncı abzaslar hesab edilsin;
3. 10-cu maddə üzrə:
3.1. birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.";
3.2. ikinci hissədə "və bələdiyyə", "və ya bələdiyyənin" sözləri çıxarılsın;
3.3. altıncı hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir";
4. 14-cü maddə üzrə:
4.1. beşinci hissədə "və bələdiyyə" sözləri çıxarılsın, "aşağı həddi" sözlərindən sonra "və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)" sözləri əlavə edilsin;
4.2. altıncı hissə aşağıdakı redaksiyada verilsin:
"Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər.";
4.3. yeddinci hissə çıxarılsın və səkkizinci-onuncu hissələr müvafiq olaraq yeddinci-doqquzuncu hissələr hesab edilsin;
5. 15-ci maddənin birinci hissəsində "mülki" sözü çıxarılsın;
6. 19-cu maddənin dördüncü abzasında "və uzadılması" sözləri "və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması" sözləri ilə əvəz edilsin;
7. 20-ci maddənin üçüncü abzasında "icarəyə verilmiş" sözlərindən sonra, 22-ci maddənin yeddinci abzasında isə "torpaq sahəsi" sözlərindən əvvəl "dövlət mülkiyyətində olan" sözləri əlavə edilsin.
V. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 7, maddə 390; 2002-ci il, N 5, maddə 241; 2003-cü il, N 1, maddələr 11, 13; 2006-cı il, N 6, maddə 478, N 8, maddə 657; 2007-ci il, N 1, maddə 3, N 6, maddə 571; 2008-ci il, N 5, maddə 348) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 4-cü maddənin birinci hissəsinin altıncı abzasında ", bələdiyyə" sözü çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.";
2. 8-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.";
3. 9-cu maddə üzrə:
3.1. maddənin adında "torpaqlarının" sözündən sonra "və onlar üzərində icarə hüquqlarının" sözləri əlavə edilsin;
3.2. beşinci və altıncı hissələr aşağıdakı redaksiyada verilsin:
"Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:
bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə;
yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;
müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.
Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələrinə dair alqı-satqı aktı tərtib edilir.";
3.3. üçüncü və dördüncü hissələr çıxarılsın və beşinci-yeddinci hissələr müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilsin.
4. 15-ci maddə üzrə:
4.1. maddənin adında "torpaqların" sözündən sonra "və onlar üzərində istifadə və icarə hüquqlarının" sözləri əlavə edilsin;
4.2. səkkizinci hissə aşağıdakı redaksiyada verilsin:
"Hərrac və ya müsabiqənin qalibi və satıcı (mülkiyyətçi və ya girovsaxlayan) arasında müvafiq müqavilə bağlanılır.";
5. 16-cı maddə üzrə:
5.1. üçüncü hissədə "bilavasitə satıldıqda qiymətlər" sözləri "fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti)" sözləri ilə əvəz edilsin;
5.2. dördüncü hissə çıxarılsın və beşinci-onuncu hissələr müvafiq olaraq dördüncü-doqquzuncu hissələr hesab edilsin;
6. 18-ci maddənin ikinci abzasında "dövlət və bələdiyyə torpaqlarının və onlar üzərində istifadə və icarə hüquqlarının" sözləri "dövlət torpaqlarının və onlar üzərində istifadə və icarə hüquqlarının, həmçinin bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının" sözləri ilə əvəz edilsin və "və aktlar" sözləri çıxarılsın.
VI. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddə 478; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 5, maddələr 237, 241; 2003-cü il, N 1, maddə 11, N 6, maddə 256, N 8, maddə 423; 2004-cü il, N 2, maddə 59, N 6, maddə 415, N 10, maddə 761; 2006-cı il, N 2, maddə 67, N 6, maddə 478, N 8, maddə 657, N 11, maddə 932; 2007-ci il, N 1, maddə 3, N 8, maddə 745; 2008-ci il, N 5, maddə 348, N 6, maddə 460; Azərbaycan Respublikasının 2008-ci il 4 iyul tarixli 666-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 8-ci maddənin doqquzuncu abzasında ", istifadəsinə" sözü, 32-ci maddənin 3-cü bəndində "istifadəsinə və" sözləri, 56-cı maddənin 3-cü bəndində "istifadəyə və" sözləri və 8-ci bəndində ", istifadəyə" sözü çıxarılsın;
2. 14-cü maddənin 1-ci bəndinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
"dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.";
3. 15-ci maddənin 1-ci bəndinin ikinci abzasında "torpaqlarından" sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin;
4. 16-cı maddə üzrə:
4.1. 3-cü bənddə "biçənək sahələri isə" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin;
4.2. 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilsin;
5. 23-cü maddənin 6-cı bəndində "və yerli özünüidarə" sözləri çıxarılsın;
6. 38-ci maddənin altıncı abzasında "qərarlarının" sözündən sonra "(müqavilələrinin)" sözü əlavə edilsin;
7. 50-ci maddəyə aşağıdakı məzmunda 4-1-ci bənd əlavə edilsin:
"4-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər.";
8. 51-ci maddənin 6-cı bəndinin birinci abzasında ", bir qayda olaraq," sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin;
9. 56-cı maddə üzrə:
9.1. 2-ci bəndin ikinci cümləsində ", hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri" sözləri, üçüncü cümləsində "müvəqqəti istifadəsinə və" sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
"Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.";
9.2. 4-cü və 5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:
bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə;
yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;
müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.
5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.";
9.3. 6-cı bəndin birinci abzasında hər iki halda "qərarı" sözündən sonra "(müqavilə)" sözü əlavə edilsin və üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
"Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.";
10. 59-cu maddənin 1-ci bəndi üzrə:
10.1. ikinci abzasda "daimi istifadəsinə" sözləri, dördüncü abzasda isə "tikinti başa çatanadək müvəqqəti istifadəsinə" sözləri "mülkiyyətinə" sözü ilə əvəz edilsin;
10.2. beşinci abzasda "və ya icarəsinə" sözləri çıxarılsın;
10.3. altıncı abzasda "hüquqi və fiziki şəxslərin" sözlərindən əvvəl "bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən" sözləri əlavə edilsin;
11. 65-ci maddə üzrə:
11.1. 3-cü bəndin birinci cümləsi çıxarılsın;
11.2. 4-cü və 5-ci bəndlərdə "planının və təsvirinin" sözləri "planı və ölçüsünün" sözləri ilə əvəz edilsin;
12. 68-ci maddədə "yerquruluşu planlarının və təsvirlərinin" sözləri "planı və ölçüsünün" sözləri ilə əvəz edilsin;
13. 73-cü maddənin 1-ci bəndinin səkkizinci abzasında "2 il dalbadal" sözləri "1 il" sözləri ilə əvəz edilsin;
14. 86-cı maddə üzrə:
14.1. 1-ci bəndin altıncı abzasında ", bələdiyyə" sözü çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.";
14.2. 4-cü bənddə "haqqı ödənilməklə istifadə və" sözləri çıxarılsın;
14.3. 6-cı bəndin ikinci abzasında "Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktur sahələrinin (sahibkarlıq fəaliyyətinə aid edilməyən və ictimai ehtiyacların ödənilməsi məqsədləri daşıyan obyektlər istisna olmaqla) yaradılması üçün nəzərdə tutulan torpaqların" sözləri "Bələdiyyə torpaqlarının" sözləri ilə və "onlardan istifadə və" sözləri "onlar üzərində" sözləri ilə əvəz edilsin;
15. 93-cü maddənin 3-cü bəndinin dördüncü abzasında "planı, təsviri" sözləri "planı və ölçüsü" sözləri ilə əvəz edilsin;
16. 96-cı maddə üzrə:
16.1. 3-cü bənddə "bilavasitə satıldıqda qiymətlər" sözləri "fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti)" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.";
16.2. 4-cü və 8-ci bəndlər çıxarılsın;
17. 99-cu maddə üzrə:
17.1. 4-cü bənddə "və bələdiyyə" sözləri çıxarılsın, "aşağı həddi" sözlərindən sonra "və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)" sözləri əlavə edilsin;
17.2. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
"5. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər.";
17.3. 6-cı bənd çıxarılsın.
VII. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 8, maddə 520; 2004-cü il, N 5, maddə 314; 2005-ci il, N 2, maddə 62; 2006-cı il, N 6, maddə 486, N 8, maddə 657, N 11, maddə 923; 2007-ci il, N 11, maddə 1082; 2008-ci il, N 5, maddə 348, N 6, maddə 462) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 3.0.3-cü maddədə ", istifadəyə" sözü, 4.0.7-ci maddədə ", istifadəsinə" sözü, 6.3-cü maddədə "istifadəyə və" sözləri, 9.6-cı maddədə ", istifadəyə və" sözləri, 11.14-cü maddədə "İstifadəyə və" sözləri, 16.3-cü maddədə "və ya icarəsinə" sözləri və 20.1-ci maddədə ", istifadə və" sözləri çıxarılsın;
2. 4.0.2-ci maddədə "hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə" sözləri "bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə" sözləri ilə əvəz edilsin;
3. 6.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.";
4. 6.7-ci maddənin ikinci cümləsi çıxarılsın, birinci cümləsi isə aşağıdakı redaksiyada verilsin:
"Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.";
5. 6.8-ci, 7.1.3-cü, 7.1.4-cü, 7.4-cü, 8.0.5-ci, 8.0.6-cı, 9.4-cü, 9.5-ci, 10.2-ci, 10.3-cü, 11.10-cu, 20.3-cü, 22.2.2-ci maddələr və 11.3-cü maddənin ikinci cümləsi çıxarılsın;
6. 9.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.";
7. 10.1-ci maddədə "satıldıqda qiymətlər" sözləri "fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti)" sözləri ilə əvəz edilsin;
8. 11.8-ci maddədə "bələdiyyələr tərəfindən" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin;
9. 19.4-cü maddədə "tərəflərin razılığı ilə" sözləri "torpaq hərracının və ya müsabiqəsinin nəticəsində" sözləri ilə əvəz edilsin;
10. 19.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"19.6. Hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir.".
VIII. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 5, maddə 216; 2003-cü il, N 6, maddə 256; 2004-cü il, N 4, maddə 212, N 5, maddə 314; 2006-cı il, N 2, maddə 67, N 6, maddə 478, N 11, maddə 923) ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci bənddə ", istifadə" sözü, 3-cü bənddə "İstifadəyə və" sözləri və 11.2-ci bənddə ", istifadə" sözü çıxarılsın;
2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.";
3. 5-ci bənddə "2-ci və 3-cü" sözləri "2-4-cü" sözləri ilə əvəz edilsin və "istifadəsinə," sözü çıxarılsın;
4. Aşağıdakı məzmunda 5-1-ci bənd əlavə edilsin:
"5-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər.";
5. 7-ci bəndin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
"Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.";
6. 10-cu bənddə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü və 16.4-cü maddələrinə uyğun olaraq" sözləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək" sözləri ilə, "istifadəsinə və ya icarəsinə bu Əsasnamənin 11-ci, 14-23-cü və 25-27-ci" sözləri isə "həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci" sözləri ilə əvəz edilsin;
7. 13-cü, 13-1.2-ci və 13-1.3-cü bəndlər çıxarılsın;
8. 13-1.1-ci bənddə ", həyətyanı sahə və bağ sahəsi üçün" sözləri çıxarılsın;
9. 13-2-ci bənddə "torpaqla" sözündən əvvəl "fərdi yaşayış evinin tikintisi üçün" sözləri əlavə edilsin;
10. 16-cı bəndin birinci cümləsində "müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını" sözlərindən əvvəl "hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda" sözləri əlavə edilsin;
11. 17-ci, 19-cu və 21-ci bəndlərdə "planını (cizgisini)" sözləri "planı və ölçüsünü" sözləri ilə əvəz edilsin;
12. 18-ci bənddə "və ərizəçinin" sözləri çıxarılsın;
13. 20-ci bənddə "planının (cizgisinin) hazırlanması hüquqi və fiziki şəxslərin" sözləri "planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin" sözləri ilə əvəz edilsin;
14. 22-ci və 23-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
"22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Torpaq sahəsinin qiyməti bazar məzənnələri nəzərə alınmaqla bələdiyyə tərəfindən müəyyən edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü ərizəçiyə verir.";
15. 24-cü bənddə "Bələdiyyələrin qərarı ilə hüquqi" sözləri "Hüquqi" sözü ilə əvəz edilsin;
16. 25-ci bənd aşağıdakı redaksiyada verilsin:
"25. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.";
17. Aşağıdakı məzmunda 25-1-ci bənd əlavə edilsin:
"25-1. Mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.".
IX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər.
XI. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 oktyabr
2008-ci il
Azərbaycan.- 2008.- 12 dekabr.- S. 2.