Ulu öndər Heydər Əliyevə həsr edilmiş "Böyük ömrün davamı" kitabının təqdimatı keçirilmişdir

 

 

AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin memarı qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 11- Bakı Əyləncə Mərkəzində xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün davamı" kitabının təqdimatını keçirmişdir.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək, ulu öndərin məzarı önünə əklil qoymuş, onun əziz xatirəsini dərin ehtiramla anmışlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri düzülmüşdür.

Təqdimata YAP İdarə heyəti Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, müxtəlif siyasi partiyaların təmsilçiləri, tanınmış ziyalılar toplaşmışdılar.

Mərasimin əvvəlində aktyorların ifasında "Böyük ömrün davamı" poemasından parçalar səslənmişdir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasimi açaraq, xalqımızın dahi oğlu Heydər Əliyevin nəsillərə nümunə olan həyat fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən danışmışdır. O demişdir ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan müdrik siyasi dövlət xadimi Heydər Əliyev hələ uzun illər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini getdikcə möhkəmləndirir. Ona görə bu gün biz ulu öndərin təkcə xatirəsini anmaqla kifayətlənmir, həm onun siyasi irsini daha dərindən dərk etməyə, öyrənməyə çalışırıq. Ümummilli liderimizin zəngin irsi, müəyyənləşdirdiyi siyasi xətt xalqımız tərəfindən qədər aydın dərk edilərsə, onun həyata keçirilməsi bir o qədər uğurlu olacaqdır.

Partiya sədrinin müavini vurğulamışdır ki, Heydər Əliyevin əziz xatirəsi hər qarışında onun silinməz izi olan Azərbaycanda deyil, eyni zamanda hər bir vətəndaşın ürəyində yaşayır. Son beş ildə qazanılan uğurlar ulu öndərin bu gün bizimlə olduğunu təsdiq edir. Bu gün dünyada öz yeri, öz səsi olan müstəqil Azərbaycan dövləti məhz ümummilli liderimizin misilsiz xidmətlərinin bəhrəsidir. Çünki Azərbaycan indi məhz Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. 2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi həm xalqımızın dahi şəxsiyyətin ideyalarına sadiqliyinin daha bir təsdiqi olmuşdur.

Əli Əhmədov demişdir ki, belə tarixi şəxsiyyətlər həm onlara ucaldılmış abidələrdə yaşayırlar. Zəlimxan Yaqubun poeması isə şairin Heydər Əliyevə olan sonsuz, böyük məhəbbətindən yaranan ədəbi abidədir.

Mərasimdə Milli Məclisin deputatı Fəttah Heydərov, akademik Vasim Məmmədəliyev, Milli Məclisin Elm təhsil məsələləri daimi komissiyasının sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çıxış edərək, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz həyat yolundan söhbət açmış, xalq şairi Zəlimxan Yaqubun poemasında ulu öndərin parlaq obrazının poetik təcəssümünü tapdığını vurğulamışlar. Bildirilmişdir ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə yaddaşlarda silinməz iz qoymuşdur. Fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi zəhmətsevərliyi, cəsarəti, qətiyyəti dəmir iradəsi, eyni zamanda insanpərvərliyi qayğıkeşliyi ilə Heydər Əliyev müasiri olduğu insanların dərin rəğbətini sevgisini qazanmışdır. Poemada ümummilli liderin bu xüsusiyyətləri xalq yaradıcılığına xas sadə ifadə tərzində böyük səmimiyyətlə əks olunmuşdur. Eyni zamanda Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri, habelə onun xalqa, Vətənə xəyanət yolu tutanlara qarşı barışmaz mübarizə aparması şairin diqqətindən kənarda qalmamış, öz poetik əksini tapmışdır. Poema haqqında səslənmiş xoş sözlərə görə təşəkkürünü bildirən, Heydər Əliyevin həyat fəaliyyətini tükənməz dəryaya bənzədən Zəlimxan Yaqub gələcəkdə bu mövzuya təkrar-təkrar müraciət edəcəyini söyləmişdir. O demişdir ki, bu dahi şəxsiyyətin yaratdıqları sonsuzdur, məhz buna görə şair qələmi, rəssam fırçası, memar tişəsi, xalçaçı ilməsi, bəstəkar ürəyi Heydər Əliyevin bənzərsiz rəngarəng, çoxşaxəli fəaliyyəti ilə bağlı hələ çox əsərlər yaradacaqdır.

 

Azərbaycan.-2008.-12 dekabr.-S.7.