Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır

 

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasətçi dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyev əslində sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1985-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxardı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini təzəcə qazanmış Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi ulu öndər özünün müdrikliyi, zəngin siyasi dövlətçilik təcrübəsi, qətiyyəti, iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Müasir Azərbaycan dövlətinin memarı qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının beşinci ildönümü günü - dekabrın 12- paytaxt sakinləri, respublikamızın rayon şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirdilər.

Dekabrın 12- Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin professor Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri qoydu.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ümummilli liderimizin ruhuna dua oxudu.

Ulu öndərin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev digər rəsmi şəxslər iştirak edirdilər.

 

AzərTAc

 

Azərbaycan.-2008.- 13 dekabr.-S.1.