Ulu öndərin əziz işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır

 

 

AzərTAc xəbər verir ki, dekabrın 12- Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasında qoyulmuş büstü önünə tər gül-çiçək dəstələri düzmüşlər.

Tədbirin əvvəlində ümummilli liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız həm müstəqil dövlətdə yaşamaq özünü idarə etmək haqqını qorumağı bacarmışdır.

X.Vəliyev bildirmişdir ki, Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını qələbələrini şərtləndirən amillərdəndir. Ümummilli lider, müdrik dahi şəxsiyyət Heydər Əliyevin əziz işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

X.Vəliyev demişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik əmin-amanlığın qorunmasında bu kursun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dovlətçilik tədbirlərində yaxından iştirak etməklə, uğurlu siyasəti daim dəstəkləyəcəkdir.

Mərasimdə respublika hərbi prokurorunun köməkçisi, ədliyyə polkovnik-leytenantı Mustafa Əsgərov Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Toğrul Hüseynov dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm işlərdən danışmışlar.

 

 

Azərbaycan.-2008.-13 dekabr.-S.2.