Ədliyyə Nazirliyində anma mərasimi keçirilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 12- Ədliyyə Nazirliyində müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Ədliyyə işçiləri əvvəlcə Fəxri xiyabana gələrək, dahi öndərin xatirəsini ehtiramla anmış, məzarı önünə tər gül dəstələri qoymuşlar.

Sonra tədbir nazirliyin mərkəzi aparatında davam etdirilərək əbədiyaşar şəxsiyyətin büstü önünə əklil qoyulmuş, əziz nurlu xatirəsi anılmışdır.

Ədliyyə naziri Fikrət Məmmədov mərasimdə çıxış edərək, ömrünü müstəqil Azərbaycan dövlətinin qurulmasına inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən xalq naminə müstəsna xidmətlərindən söz açmış, onun tarixi irsinin hər bir vətəndaşın qəlbində əbədi yaşayacağını bu gün onun ideyalarının xalqımızın böyük həmrəyliklə dövlət rəhbəri seçdiyi İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkəmizin çiçəklənməsinə, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etdiyini xüsusi vurğulamışdır.

Təşkil olunmuş ehsan süfrəsindən sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər yeni nəşrlərlə tanış olmuş, maraqlı ekspozisiyalara baxmış, dahi öndərə həsr olunmuş filmi izləmişlər.

 

Azərbaycan.-2008.- 13 dekabr.-S.2.