Mehmet Nuri Yılmaz: Heydər Əliyev millətinin baş tacıdır

 

 

Türkiyənin sabiq Dəyanət İşləri başkanı Mehmet Nuri Yılmaz Azərbaycan Prezidenti Heydər Əliyevlə dəfələrlə görüşmüş, tək dini deyil, bəşəri mövzularda da fikir mübadiləsi aparmış görkəmli din xadimi, böyük ziyalıdır. Müxtəlif tədbirlərdə ani görüşlərimiz zamanı məhz Azərbaycandan olduğum üçün sətirlərin müəllifinə xüsusi iltifat göstərər, - Cümhur başqanınızı tanımaqdan qürur duyuram - söyləyərdi. aşağıdakı xatirələr növbəti belə qısa görüşlərimizdən birində yarandı.

- İslam tarixi incələndikdə görüləcəkdir ki, İslamiyyəti qəbul etməklə Türk xalqları bu ali dinə böyük xidmətlər göstərmiş, İslam mədəniyyətinin təşəkkülü inkişafında önəmli rol oynamışlar.

Ancaq Cənubi Qafqaz Orta Asiya coğrafiyasında son yüz ildə İslam adına bir durğunluq dövrü yaşanmışdır. 70 ilə yaxın sovet-kommunist ideologiyasının əsarətində qalan türkdilli ölkələr 1990- ilin əvvəlindən etibarən müstəqilliklərini qazanmış Türkiyə Cümhuriyyəti ilə geniş əlaqələr qurmağa başlamışlar. Heç şübhəsiz, həmin dövlətlər içərisində Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edəni Azərbaycandır. "İki dövlət bir millət" fəlsəfəsi Türkiyə ilə Azərbaycanın inkişaf yolunu, maddi-mənəvi dəyərlərini, məqsəd məramlarını ortaq məcraya yönəldən bir dünyagörüşə, baxış bucağına çevrilmişdir.

Azərbaycanın müstəqillikdən sonrakı 10 ili, heç şübhəsiz, Cümhurbaşqanı Heydər Əliyevin adı ilə bağlıdır vaxtında kifayət qədər mürəkkəb problemlərlə üzləşmiş Heydər Əliyevin qardaş ölkənin çətinliklər girdabından qurtularaq çiçəklənməkdə olan bir respublikaya çevrilməsindəki müstəsna fədakarlığı bütün dünya tərəfindən qəbul olunmaqdadır. Bütün bunların fövqündə Azərbaycanla Türkiyəni bir-birinə yaxınlaşdırmaq, iki ölkə xalqlarını qaynayıb-qarışdırmaq üçün bu böyük dövlət adamının mütəmadi olaraq nümayiş etdirdiyi qətiyyət prinsip xüsusi rəğbət doğurur.

Bizlər ötən yüzilliyin 90- illərinin əvvəllərində qardaş ölkədə cərəyan edən hadisələri yaxşı xatırlayırıq. Hakimiyyət böhranı, qardaş qırğını təhlükəsi, dövlət çevrilişi cəhdləri...bir tərəfdən ermənilərin təcavüzü. Belə bir son dərəcə taleyüklü məqamda Azərbaycanı xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev xilas etdi. tarixən çox qısa bir zaman kəsiyində, 10 il tarix üçün göz qırpımı kimi bir şeydir, ölkəsini iqtisadi cəhətdən nəinki bölgənin, habelə keçmiş sovetlər birliyinin ən inkişaf etmiş dövlətləri cərgəsinə çıxartdı, gələcək nəsillərə dostluq örnəyi ola biləcək Bakı-Tbilisi-Ceyhan "əsərini" yazdı. Düşünürəm ki, tarix üçün son dərəcə məsuliyyətli bir məqamda Azərbaycanı Heydər Əliyev kimi müqtədir bir dövlət adamının idarə etməsi Azərbaycan xalqı üçün bir şans olmuşdur.

Türkiyə Cümhuriyyətinin Dəyanət İşləri başkanı olaraq Azərbaycana bir neçə dəfə səfər etmişəm. Həmin ziyarətlər vaxtı Cümhurbaşkanı hörmətli Heydər Əliyevlə görüşlərimiz olub. Etiraf edim ki, hər belə söhbətlər əsnasında bu siyasət öndərinin dərin dövlətçilik təcrübəsinə, intellektual səviyyəsinə, dünyagörüşünə, hərtərəfli biliyinə hafizəsinə təkrar-təkrar heyran qalmışam. Ondan özümə qarşı da həmişə bir təvəccöh, iltifat, dostanə səmimiyyət görmüşəm. Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Onlardan sadəcə üçünü anlatmaq istəyirəm.

2002-ci ilin 18-19 iyulunda Tiflisdə düzənlənən "Qafqazda sülh dinlərarası dialoq" toplantısına qatılmışdım. Tədbir başa çatdıqdan sonra Şeyxülislam Allahşükür Paşazadənin dəvətilə Bakıya gəldim. Azərbaycanda olasan Heydər Əliyevlə görüşmək imkanından bəhrələnməyəsən, zatən, eşidib-bilən məni qınayardı. Ona görə zati alilərindən bir görüş istədim. Bazar günüydü bildiyim qədər Yaltada düzənlənmiş çox vacib bir toplantıdan qayıtmışdı, yorğun idi. Bütün bunlara rəğmən mənimlə görüşdü, bərabərimdəki heyətlə tək-tək ilgiləndi. Dövlət, dünyəvilik, din mövzusunda çox maraqlı əhəmiyyətli fikir mübadiləmiz oldu.

2002-ci il ekimin 10-11-i. Yenə İstanbul, Ankaradək sevdiyim Bakıda idim. "Din əqidənin demokratik cəmiyyətdə rolu: terrorizm ekstremizmə qarşı mübarizə yollarının axtarışı" mövzusunda konfransa dəvətli idim. Giriş sözü ilə hörmətli Heydər Əliyev çıxış etdi. Fasilədə hamı Heydər Əliyevin başına toplaşmışdı, hər kəs isə soruşmaq istəyirdi. Belə bir qələbəlikdə o məni görüncə gülümsədi, əlini uzadıb köhnə dostlar kimi mehribancasına görüşdü - Bu gördüyümüz çox vacib işlərdir, deyilmi? Siz necə düşünürsünüz? - söylədi.

Riqqətlə xatırladığım daha bir görüş isə Ankarada baş tutmuşdu. Heydər Əliyev Azərbaycan böyükelçiliyinin açılış mərasimində iştirak etmək üçün Türkiyədə idi. Ankara Palasda müxtəlif qurumlar tərəfindən ona təqdim edilən mükafat törəni əsnasında məni görcək - Əziz dostum! - deyə qucaqladı biz bir müddət söhbət etdik.

qədər böyük bir siyasətçi, dövlət adamı olsa da Heydər Əliyev müsahibləri ilə son dərəcə səmimi, dostanə davranırdı, dinləməyi məqamında söhbəti bitirməyi bacarırdı. O dindar olmasa da İlahi varlığın mövcudluğuna tapınan idi, insanların əqidə azadlığına hörmətlə yanaşırdı. Belə bir tolerant siyasətin nəticəsidir ki, Azərbaycan bütöv bir Avrasiya coğrafiyasında bir çox dinlərin dinc yanaşı yaşadığı, insanların əqidə azadlığına hörmətlə yanaşıldığı nümunə ölkəyə çevrilmişdir. Dəyanət İşləri Başkanlığı olaraq islami dəyərlərin Asiya Qafqazlarda yeni bir düşüncə, daha rasional bir təfəkkür qaynağı olaraq yayılmasına diqqət bizim həm bir məslək borcumuzdur. Bu yöndə Azərbaycanda dini dəyərlərə qayğı ehtiram hər cür təqdirəlayiqdir. Burada ilahiyyat fakültəsi liseyi açılmışdır, köhnə məscidlər təmir olunur, yeniləri tikilir.

Bütün bu işlər, heç şübhəsiz, Heydər Əliyevin iradəsi, dinə, islami dəyərlərə həssas münasibəti olmadan həyata keçirilə biməzdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması isə Azərbaycan cəmiyyətində bu sahəyə rəsmi şəkildə ayrılan diqqətdən xəbər verirdi.

Türk milləti dinə böyük ehtiram göstərir. Belə olan millət dini dəyərlərə sayqı ilə yanaşan dövlət adamlarını həmişə başının tacı etmişdir. Heydər Əliyevin yeri millətin başının üstüdür. Tarix bunu beləcə yadda saxlayacaqdır.

 

Təqdim etdi:

X.NİYAZOV

 

Azərbaycan.-2008.-13 dekabr.-S.4.