Ömrün uğur başlanğıcı
İlqar Talıbov 1991-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 160 saylı orta məktəbi bitirdikdən sonra "British Council" ingilisdilli tədris mərkəzinə qəbul edilib. Hazırda Moskva Dövlət Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinin tələbəsidir. 5 yaşından idman rəqsləri ilə məşğul olan İlqar həmçinin təsviri sənətlə də öz fəaliyyətini davam etdirir. \2001-2006-cı illərdə onun nəqqaşlıq və fotoşəkillərdən ibarət fərdi sərgisi Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Mədəniyyəti Dostları Fondunun dəstəyi ilə keçirilib. İdman rəqsləri üzrə Avropa, Rusiya, 3 dəfə isə Qafqaz kubokları yarışlarının qalibidir.
İlqarın idmançı və rəssam kimi 92 sertifikatı, fərqlənmə diplomları və medalları var. Həyatda qazandığı uğurlar barədə İlqar belə deyir:
- Hər kəsə Allah bir ömür verir. Yaşam tərzindən asılı olmayaraq, hamının içində bir dünya yatır. Əsl istedad odur ki, bəşər övladı üçün qaranlıq qalan o dünyanı üzə çıxara bilsin. Mən çəkdiyim rəsmləri heç vaxt öncədən ölçüb-biçmirəm. Düşünmədiyim halda hansısa bir mövzu özü məni ardınca aparır.
İlqarın adı Gənclər və İdman Nazirliyinin xüsusi istedadlar haqqında nəşr etdirdiyi "Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir" kitabına düşmüşdür. 2006-cı ildə Sankt-Peterburq televiziyasının 5-ci kanalının MDB ölkələrinin 15 illiyinə həsr etdiyi verilişdə respublikamızla bağlı hazırladığı süjet məhz İlqar Talıbova həsr edilmişdir.
İlqar deyir:
- Həyatımda ən xoşbəxt anım ümummilli lider Heydər Əliyevlə görüşdüyüm gündür. Mən dahi insanla görüşəndə 5 yaşım vardı. Ulu öndər Heydər Əliyevi həyatda görəcəyimə inanmırdım. Mirvarid Dilbazinin 85 illik yubileyinə dəvət aldığıma çox sevinirdim. Həmin gecədə ümummilli lider Heydər Əliyevin də iştirak edəcəyini bizə demişdilər. Belə bir şəxsiyyətin qarşısında çıxış etmək böyük məsuliyyət tələb edirdi. Məşqlər zamanı bizə harada duracağımızı başa salırdılar. Nəhayət, həmin gün gəlib çatdı. Mən Tofiq Quliyevin musiqisinin sədaları altında vals oynaya-oynaya mikrofona yaxınlaşıb şeir oxudum.
Şeir sona çatanda salonu alqış sədaları bürüdü. Bu vaxt Heydər Əliyev səhnəyə qalxdı. Mikrofona yaxınlaşan ulu öndər öncə İlqarı qucaqlayıb bağrına basdı. Balaca İlqar isə əli ilə Heydər Əliyevin əlinə toxunaraq dayandı.
- Mən
inana bilmirdim ki, belə bir
insanla yanaşı dayanmışam. Demə, bu hərəkətim
operatorların, digər
iştirakçıların nəzərindən yayınmamışdı.
Tədbirdən sonra mənə
yaxınlaşıb soruşdular
ki, sən nə edirdin? Mən dedim ki, istəyirdim Prezidentin yanında olum.
Azərbaycan Dövlət Televiziyası
İlqar haqqında
"Qaranquşam, məni
tanı" sənədli
filmi çəkib. Həmin film YUNİSEF-in mükafatına layiq görülüb. İlqarın ulu öndərlə həmin görüşü
də filmdə əksini tapıb.
- Hər
kəsin həyatı
maraqlı və mənalı anlarla dolu olur. İllər keçməsinə
baxmayaraq, o anları hələ də xatırlayıram. Heydər Əliyev
mənim üçün
həmişə canlıdır.
İlqarın nailiyyətləri çoxdur. Bu günlərdə
Bakıda 43 dövlətin
qatıldığı "Dini fərqlilikdən kənar islamofobiya və ksenofobiyanın müxtəlif növləri:
gənclərə təsiri
və qarşısının
alınmasında gənclərin
fəaliyyəti" mövzusunda
beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan
çempionu, gənc rəssam İlqar Talıbovun 7 yaşında
"Allahın varlığı
və birliyi" mövzusunda çəkdiyi
rəsm əsəri konfransın kataloquna daxil edilmişdir. Rəsmin işıq üzü görməsindən on ilə
yaxın bir vaxt keçsə də, bu gün
də öz aktuallığını qoruyub
saxlamaqdadır. Əbəs yerə
deyil ki, həmyerlimizin bu uğuru 43 dövlətdən
ölkəmizə gələn
qonaqların diqqətini
cəlb etmişdir.
10 il əvvəl İlqar Talıbovun yaradıcılıq süzgəcindən
keçən bu əsər haqqında konfransda iştirak edən xarici ölkələrin nümayəndələri
xoş sözlər söyləmişlər. İlqar
Talıbovla görüşümüzdə
o, 7 yaşında bu mövzuda çəkdiyi əsərin 10 ildən sonra 43 dövlətin qatıldığı forumun
kataloquna salınmasını
bugünədək həyatda
qazandığı uğurlardan
sayır. Dünyada sülhün qorunması üçün insanların
birliyini, vahidliyini xatırladan müəllif
onu da bildirdi
ki, tolerantlığın
canlı nümunəsi
olan respublikamızda bu sahədə xeyli iş görülmüşdür.
İ.Talıbov qeyd etdi ki,
bundan əvvəlki müsabiqənin mövzusu
"Yol hərəkəti
qaydaları" idi. Xıdırzində ziyarətgahına gedən
dağ yolunu çəkən müəllifin
əsəri indi Almaniyadadır. bp şirkəti təqvimlərdə bu əsəri çap edib (1999). Bir çox müsabiqədə
uğurla iştirak edən İlqar əsərlərində Yer
kürəsini, işğal
altında olan torpaqlarımızı göstərərək
bütün dünyaya
ingilis dilində bu sözlərlə müraciət etmişdir:
"Dünyanı heç
kim bölə
bilməz, Tanrıdan başqa!" Onun yaratdığı rəsm əsərləri
İngiltərədə çap
olunub. Amerikadan, İngiltərədən xeyli minnətdarlıq məktubları da alıb.
İlqar irəliyə doğru yorulmadan çalışır. Çünki qarşıda bir çox müsabiqə
var. Həmin müsabiqələrdə
iştirakına gəlincə,
gənc rəssam bildirdi ki, çəkdiyi
hər əsərdə
Allaha inam, vətən sevgisi olduğu üçün
həmişə qalib
gələcəyinə əmindir.
Ona da əmindir ki, gün gələcək,
torpaqlarımızın işğaldan
azad olunmasına əsər həsr edəcəkdir. O günə
isə az
qalıb.
Akif ƏLİYEV
Azərbaycan.-2008.-13 dekabr.-S.5.