Ulu öndər gənclərə xüsusi
qayğı göstərirdi
XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz, müasir Azərbaycan dövlətinin
yaradılmasıdır.
Öz müstəqilliyini
bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəm təməllər
üzərində inkişaf
edir. Müstəqillik illərində yaşayışımızın
bütün sahələrini
əhatə edən köklü dəyişikliklər
və dərin islahatların həyata keçirilməsi məhz
Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev
ötən əsrin
70-ci illərində başladığı
islahatların yekunu kimi xalqımızı əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti
kimi əzəmətli
bir reallığa qovuşdurdu. Qurub-yaratdığı müstəqil dövlətin
sarsılmazlığının, demokratik yüksəlişinin,
əbədiliyinin, tutduğu
müstəqillik yolunun
dönməzliyinin təmin
edilməsi də Heydər Əliyevin kökü min illər əvvəllərə söykənən
Azərbaycan tarixi qarşısındakı müstəsna
xidmətləridir.
Müstəqil Azərbaycan dövləti
bu gün tarixinin ən böyük yüksəliş
dövrünü yaşayır. Ölkəmiz artıq Cənubi
Qafqazda deyil, Qərbə inteqrasiyaya can atan postsovet məkanının
aparıcı dövlətlərindən birinə
çevrilmişdir. Bu həqiqəti ölkəmizin
həm regionda oynadığı geosiyasi rol, həm də bu
amilin arxalandığı real iqtisadi göstəricilər
sübut edir. Respublikamıza investisiya
axını sürətlənir. Azərbaycan
xarici kapital yatırımına görə Şərqi Avropa
məkanında lider mövqeyini qoruyub saxlayır. Regionda elə bir beynəlxalq layihə yoxdur ki,
ölkəmizin razılığı və fəal
iştirakı olmadan həyata keçirilsin. Bütün bunlar ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu və Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi siyasi kursun bəhrəsi kimi dəyərləndirilir.
Bu gün hər bir Azərbaycan vətəndaşı
şahiddir ki, ölkəmizə gələn investisiya
axını, neft gəlirləri insanların mənafeyinə,
sosial rifahının yaxşılaşdırılmasına
xidmət edir. Vətəndaşlarımızın
daha firavan həyatı üçün müxtəlif sahələri
əhatə edən dövlət proqramlarının icrası
uğurla reallaşdırılır. İşsizlik
probleminin həlli istiqamətində inamlı addımlar
atılır, yoxsulluq aradan qaldırılır. Ən ucqar kəndlərimizə belə yeni yollar,
qaz, elektrik, su xətləri çəkilir. Bakı və Bakıətrafı qəsəbələrin
inkişafı üçün əhəmiyyətli layihələr
həyata keçirilir. Ölkəmizin hər
yerində sağlamlıq ocaqları, diaqnostika mərkəzləri,
xəstəxanalar tikilir. Əhalinin
sağlamlığının qorunması dövlətimizin
prioritet vəzifəsi olaraq qalır. Bir həkim
kimi bütün bunlar məni ürəkdən sevindirir.
Heydər Əliyev
hər bir Azərbaycan vətəndaşının
yaddaşında qüdrətli şəxsiyyət, səmimi,
təcrübəli rəhbər kimi yaşayır. Ulu öndəri
orta məktəbdə oxuduğum illərdə tez-tez
görür, onun yüksək qayğıkeşliyinin
şahidi olurdum. Dahi şəxsiyyət
qayğıkeş olduğu qədər də tələbkar
bir valideyn idi. Ötən əsrin 70-ci illərində
Heydər Əliyev tez-tez Bakının 6 nömrəli məktəbinə
baş çəkər, hazırda dövlətimizə rəhbərlik
edən oğlu İlham Əliyevin dərsləri ilə ciddi
maraqlanardı. Bəzən Zərifə
xanımla birlikdə gələrdi, müəllimlərin fəaliyyəti
ilə maraqlanar, siniflərə baş çəkər, hər
bir şagirdlə şirin-şirin söhbətləşər,
hal-əhval tutardılar. Azərbaycan
Respublikasına rəhbərlik edən nüfuzlu dövlət
xadiminin böyük səmimiyyəti biz şagirdlərin qəlbində
heç vaxt unudulmayacaq təəssürat yaradırdı.
1977-ci ilin 25 may gününü yaxşı
xatırlayıram. Məktəbimizdə
keçirilən buraxılış gecəsinə gələnlər
arasında Heydər Əliyevlə Zərifə xanım Əliyevanı
görəndə həm həyəcanlandıq, həm də
hədsiz sevindik. Həmin günün
söhbətləri, keçirilən şənliklər
bütün şirinliyi ilə hafizəmdədir. İndi o illəri yada salanda Heydər Əliyev əzəməti,
Heydər Əliyev böyüklüyü bir daha gözlərimin
qarşısında canlanır.
İllər
keçdi, Heydər Əliyev Moskvada Sovet İttifaqı rəhbərliyinin
böyük postunda çalışdı. Yenidən vətənə
döndü. Müstəqil Azərbaycana rəhbərlik
etməyə başladı. Dahi insan öz
xarakteri, ənənələrinə sadiqliyi ilə milyonlara
nümunə olduğunu bir daha sübut etdi. Ölkədə həyata keçirilən radikal islahatların
başlıca məqsədi kimi insanların
sağlamlığını, rahat həyat tərzini ortaya
qoydu. Bütün bu addımlar
böyük insanın bütün azərbaycanlılara,
balalarımıza olan məhəbbətindən, sevgisindən
qaynaqlanırdı. O, hamını sağlam, gümrah, həyat
eşqli görmək istəyirdi. Çox
şükürlər olsun ki, ümummilli liderin arzuları bu
gün sürətlə reallaşmaqdadır. Azərbaycanın hər yerində istifadəyə
verilən sağlamlıq, istirahət və idman kompleksləri
gənc nəslin xoşbəxt gələcəyinə xidmət
edir. Ölkə başçısı İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən dövlət
proqramlarının ali məqsədi də
bir qayda olaraq məhz Azərbaycanın gələcəyini
yaradan, ölkəmizin inkişafını sürətləndirən
gənc oğlan və qızların sosial rifahının
yüksəldilməsinə hesablanır.
Azad RƏŞTİYEV,
Nəsimi rayon
GEM-in direktoru
Azərbaycan.-2008.-13 dekabr.-S.5.