Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Meksika xalqı hökuməti adından Sizə ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan dövlət başçısının Sizə yenidən etibar edilən mandatı müddətində ölkələrimiz arasında əməkdaşlıq dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfənizi verəcəksiniz.

Administrasiyanıza uğur, xalqınıza isə rifah diləyir, fürsətdən istifadə edərək, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Felipe Kalderon İNOXOSA,

Meksika Birləşmiş Ştatlarının Prezidenti

1 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-14 dekabr.-S.1.